Jilbertu de Melu Freyre (; ) — Resifidə anadan olmuş braziliyalı sosioloq, antropoloq, tarixçi, yazıçı, rəssam, jurnalist və konqresmen. 20-ci əsrin ən tanınmış sosioloqlarından biri hesab edilən Freyrenin ən məşhur əsəri "Casa-Grande & Senzala" (hərfi mənada "Əsas ev və qulların mənzili", adətən ingilis dilinə "Ağalar və qullar" kimi tərcümə olunur) adlı sosioloji traktatdır.

Həyatı və fəaliyyəti

Freyre on səkkiz yaşından Texas ştatının Baylor Universitetində, daha sonra isə Kolumbiya Universitetində təhsil almış və Uilyam Şepperdin rəhbərliyi altında magistr dərəcəsi almış beynəlmiləlçi akademik karyeraya malik idi. Kolumbiyada Freyre antropoloq Frans Boasın tələbəsi idi. 1923-cü ildə Resifeyə qayıtdıqdan sonra Freyre Braziliya regionalist hərəkatında bir neçə yazıçıya rəhbərlik etmişdir. Jurnalist kimi geniş işlədikdən sonra o, Pernambuco əyalətinin qubernatoru Estacio Coimbra kabinetinin rəhbəri təyin edildi. 1930-cu il inqilabı və Jetuliu Varqasın hakimiyyətə gəlməsi ilə həm Coimbra, həm də Freyre sürgünə getdi. Freyre əvvəlcə Portuqaliyaya, daha sonra isə ABŞ-yə getdi və orada Stenfordda qonaq professor kimi çalışdı. 1932-ci ilə qədər Freyre Braziliyaya qayıtdı. 1933-cü ildə Freyrenin ən məşhur əsəri olan "Ağalar və Qullar" nəşr olundu və yaxşı qarşılandı. [istinad lazımdır] 1946-cı ildə Freyre federal Konqresə seçildi. Freyre müxtəlif dövrlərdə həmçinin "A Província" və "Diário de Pernambuco" qəzetlərinin direktoru vəzifəsində çalışmışdır.

İstinadlar

Xarici keçidlər O Portal da História Gilberto Freyre virtual library Gilberto Freyre recorded at the Library of Congress for the Hispanic Division’s audio literary archive on March 30, 1975 Gilberto Freyre recorded for the literary archive in the Hispanic Division at the Library of Congress. May 30, 1975 at the Library of Congress field office in Rio de Janeiro.

Kateqoriya:15 martda doğulanlar Kateqoriya:1900-cü ildə doğulanlar Kateqoriya:Resifidə doğulanlar Kateqoriya:18 iyulda vəfat edənlər Kateqoriya:1987-ci ildə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:Braziliya yazıçıları Kateqoriya:Kolumbiya Universitetinin məzunları Kateqoriya:"Britaniya imperiyası" ordeninin cəngavər-komandorları Kateqoriya:Fəxri Legion ordeninin yüksək rütbəli zabitləri Kateqoriya:"Müdrik X Alfonso" ordeninin böyük xaçı ilə təltif olunanlar Kateqoriya:Amerika Fəlsəfə Cəmiyyətinin üzvləri