Patallakta () — Peruda Kuzko vilayətində yerləşən arxeoloji kompleks. Tarixi Patallakta məşhur İnk Cığırında (Inca Trail) yerləşir və Maçu Piçuya gedən yolun bir hissəsidir. Patallakta Urubamba vadisində yerləşən qədim yaşayış məskənidir.mincetur.gob.pe

“Patallacta” Ketsua dilində “yüksək şəhər” və ya “terraslı şəhər” mənasını verir. Patallakta təxminən 2,750 metr yüksəklikdə yerləşir və İnk dövründə kənd təsərrüfatı, yaşayış və strateji müdafiə məqsədləri üçün istifadə edilmişdir.escale.minedu.gob.pe - UGEL map of the Urubamba Province (Cusco Region) Ərazi terraslarla örtülü və dağların ətrafında qurulmuş qədim strukturları ilə tanınır. Ərazi Kuzko şəhərindən təxminən 32 kilometr məsafədə, Vilkanota çayı yaxınlığında yerləşir və çətin dağlıq relyefi ilə məşhurdur. Bu yerlər tarixi və mənzərə baxımından çox təsir edicidir.Online version of "Inca Land - Explorations in the Highlands of Peru" by Hiram Bingham

Bura İnk imperiyası dövründə strateji və kənd təsərrüfatı məqsədləri üçün əhəmiyyətli bir yer olub. Terraslar əkinçilik üçün, qəsəbə isə karvanlar üçün dayanacaq kimi istifadə edilirdi. Patallakta həmçinin müqəddəs bir yer kimi qəbul edilirdi və dini mərasimlər keçirildiyi güman edilir.Lost City of the Incas. by Hiram Bingham. 1952. The Orion Publishing Group Ltd, Orion House. page 164. Turistlər buranı adətən İnka Cığırı boyunca gedərkən ziyarət edirlər.

Qalereya

İstinadlar

Xarici keçidlər

http://www.thomson.clara.net/llactapa.html

Kateqoriya:Peru şəhərləri Kateqoriya:Perudakı arxeoloji abidələr