Karlo Levi ( [ˈkarlo ˈlɛːvi]; ) — italyan rəssamı, yazıçısı, fəalı, müstəqil solçu siyasətçi və həkim.

O, ən çox 1945-ci ildə nəşr olunmuş "Cristo si è fermato a Eboli" (Məsih Ebolidə Dayandı) kitabı ilə tanınır. Bu kitab, siyasi fəallığı ilə əlaqədar həbs edildikdən sonra İtaliyanın Lukaniya şəhərində sürgündə keçirdiyi vaxtın xatirələrindən ibarətdir. 1979-cu ildə kitab Françesko Rosinin rejissorluğu ilə eyni adlı filmin əsasını təşkil etdi. Bazilikata da adlandırılan Lukaniya tarixən yoxsul İtaliya cənubunun ən kasıb bölgələrindən biri idi. Levinin yerli kəndlilərin gündəlik yaşadığı çətinliklərin aydın, qeyri-ideoloji və rəğbətlə təsviri İkinci Dünya müharibəsi bitdikdən sonra "Cənub Problemi"nin milli müzakirələrə çevrilməsinə kömək etdi.

Erkən həyatı

Levi, Pyemont regionunun paytaxtı Turin şəhərində, varlı yəhudi həkim Erkole Levi və İtaliyanın sosialist lideri Klaudio Trevesin bacısı olan Annetta Trevesin ailəsində anadan olub. O, 1917-ci ildə orta məktəbi (Liceo Alfieri) bitirib, sonra Turin Universitetində tibb təhsili alıb və 1924-cü ildə yüksək qiymətlərlə məzun olub. Universitetdə oxuyarkən Levi Pyero Qobetti ilə dostlaşıb və bu, onun həyatı boyu davam edəcək siyasi aktivizmə marağını oyadır. Turin Universitetini bitirdikdən qısa müddət sonra Levi XIV Venesiya Biennalesində bəzi əsərlərini sərgiləyib.Levi, Carlo, and Gigliola De Donato. Roma fuggitiva: una città e i suoi dintorni. Saggi. (tr. "Fugitive Rome: a city and its environs. Wise men.") Roma: Donzelli, 2002: 157

Levi heç vaxt tibb təhsilindən tamamilə imtina etməyib və 1924-cü ildən 1928-ci ilə qədər Turin Universitetinin Klinikasında professor Mikelinin köməkçisi kimi çalışıb, hepatopatiya və öd yollarının xəstəlikləri ilə bağlı tədqiqatlar üzərində işləyib. Eyni dövrdə Levi, ixtisas təhsilini Parisdə professor Bourguignon ilə davam etdirib, baxmayaraq ki, 1927-ci ilə qədər həyatını rəssamlığa həsr etmək qərarına gəlib. Levinin Parisdə rəssam və tibb tələbəsi kimi ilk dövrləri onu 20-ci əsrin bir çox görkəmli şəxsiyyətləri, o cümlədən Sergey Prokofyev, İqor Stravinski, Alberto Moravia, Corco de Kiriko və başqaları ilə tanış etdi. O, 1932-ci ildən 1934-cü ilə qədər demək olar ki, yalnız Parisdə yaşamış və orada olarkən 1933-cü ildə əmisi (anasının qardaşı) Klaudio Trevesin dəfn mərasimində iştirak etmişdir.Levi, Carlo, and Gigliola De Donato. Roma fuggitiva: una città e i suoi dintorni. Saggi. Roma: Donzelli, 2002: 158–159

İstinadlar

Xarici keçidlər

Kateqoriya:29 noyabrda doğulanlar Kateqoriya:1902-ci ildə doğulanlar Kateqoriya:Turində doğulanlar Kateqoriya:4 yanvarda vəfat edənlər Kateqoriya:1975-ci ildə vəfat edənlər Kateqoriya:Romada vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:İtaliya rəssamları Kateqoriya:Turin Universitetinin məzunları Kateqoriya:İtaliya kommunistləri Kateqoriya:Ağciyər iltihabından vəfat edənlər Kateqoriya:Avtobioqrafiyalar