Yarlunq-Tsanqpo və ya Yarlunq-Zanqbo (, həmçinin Yalu-Tsanqpo () — Çin Xalq Respublikasının Tibet Muxtar Vilayəti və Hindistanın Arunaçal-Pradeş ştatından keçən çay. Bu, Tibetın ən uzun, Çində isə uzunluğuna görə beşinci ən böyük çayıdır. Yuxarı axarında çay Makuan () adı ilə tanınır.
Çayın mənbəyi Qərbi Tibetdə, Kaylaş dağının və Manasarovar gölünün cənub-şərqində yerləşən Anqsi buzlağından başlayır. Aşağı axında Cənubi Tibet vadisini və Yarlunq-Tsanqponun Böyük Kanyonunu əmələ gətirdikdən sonra çay Hindistanın Arunaçal-Pradeş əyalətinin sərhədini keçir. Buradan aşağı axında çay genişlənir və Sianq adını alır. Assama çatdıqdan sonra Brahmaputra adı ilə tanınır.
İstinadlar
Kateqoriya:Çin çayları Kateqoriya:Hindistan çayları