Riçard Parkes Boninqton (; ) — İngilis mənzərə rəssamı, romantik bədii hərəkatın nümayəndəsi. O, on dörd yaşında Fransaya köçüb və buna görə də fransız rəssamı hesab olunur. O, mənzərələrlə yanaşı, tarixi janr rəsmlərini də "trubadur üslubunda" çəkib.Novotny Fritz. Painting and Sculpture in Europe, 1780–1880. — Pelican History of Art (2nd ed.). — Yale University Press, 1971. — ISBN 0-14-056120-X. — Р. 171

Həyatı Riçard Parkes Boninqton 1802-ci ildə İngiltərənin Arnold şəhərində anadan olub. O, gənc yaşlarından sənətə maraq göstərmiş və ilk dərslərini Londonda almışdır.Chambers’s Encyclopædia. — London: George Newnes, 1961. — Vol. 1. — P. 633 Boninqton on dörd yaşında Parisə köçərək, orada tanınmış sənətkar Germayn-Felix de Layqle ilə təhsil almışdır. Fransada yaşadığı müddətdə, o, Fransız romantizminə aludə olaraq, landşaft və dəniz mənzərələrini sevməyə başlamışdır.Ingamells John. The Wallace Collection. Catalogue of Pictures. Vol I: British, German, Italian, Spanish. — Wallace Collection, 1985. — ISBN 0-900785-16-0. — Р. 19

Boninqtonun əsərləri romantik sənət üslubunun xüsusiyyətlərini özündə əks etdirir. O, təbii gözəllikləri və təbiəti idealizə etmədən təsvir etməyə üstünlük verirdi. Bonington, landşaft rəsmlərində təbiətə olan həssas yanaşmasını, işığın və kölgənin təbiətdəki rolunu izləyərək əks etdirirdi. O, həmçinin dəniz mənzərələri və gəmilərin təsvirinə maraq göstərmişdir. Onun əsərlərində gəmilərin və deniz dalğalarının detalları, romantik dövrün təbii dramını və həyəcanını əks etdirir. Səhər işığı, gün batımı, yüksək dalğalar və gəmilərin mübarizəsi kimi elementlər, onun əsərlərində geniş yer tuturdu.

1828-ci ilin sonlarında Riçard Boninqtonun vərəm xəstəliyi ağırlaşdı və valideynləri onu müalicə üçün Londona geri göndərdilər. Boninqton 23 sentyabr 1828-ci ildə Londonda, 25 yaşında, Tottenhem küçəsi, 29 ünvanında vərəmdən vəfat etdi. O, Pentonvildəki Müqəddəs Ceyms kilsəsinin həyətində dəfn edildi və 1837-ci ildə qalıqları valideynləri ilə birlikdə yenidən dəfn olunmaq üçün Kensal Qrin qəbiristanlığına köçürüldü. Boninqtonun studiyasındakı rəsmlər 1829-cu ildə "Sotheby`s" hərracında satıldı.Власов В. Г. Бонингтон, Ричард Паркс // Стили в искусстве. В 3-х т. — СПб.: Кольна. — Т. 2. — Словарь имён, 1996. — С. 335. — ISBN 5-88737-005-X

Qalereya

İstinadlar

Ədəbiyyat

Cambridge, M (2002). Richard Parkes Bonington: Young and Romantic. Nottingham: Nottingham Castle (Catalogue of exhibition at :en:Nottingham Castle Museum in 2002; contains an account of the life and works that includes many references.) Ingamells, John, The Wallace Collection, Catalogue of Pictures, Vol I, British, German, Italian, Spanish, Wallace Collection, 1985, Noon, Patrick & Bann, Stephen. Constable to Delacroix: British Art and the French Romantics. Tate, 2003.

Noon, P (2009). Richard Parkes Bonington: the complete paintings. New Haven, Yale University Press. Noon, P (2011). Richard Parkes Bonington: the complete drawings. New Haven, Yale University Press.

Xarici keçidlər

Handprint.com – Biography by Bruce MacEvoy. Retrieved 17 November 2004. Works by Bonington in the Tate Gallery Works by Bonington in the Wallace Collection

Kateqoriya:Britaniya rəssamları