Cerriku () — Albaniya Respublikasında şəhər və bələdiyyə.

Yerləşməsi Albaniyanın mərkəzində, Elbasan əyalətində, əyalətin mərkəzi Elbasan şəhərindən 16 kilometr məsafədə, Şkumbin çayı ilə Devoll çayı arasında yerləşir. Mərkəzi Cerriku olan eyniadlı bələdiyyəyə Qostime, Klos, Mollas və Şales inzibati vahidləri daxildir.

2023-cü il siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 7 001 nəfər, Cerriku bələdiyyəsinin əhalisi isə 25 163 nəfərdir. Hal hazırda əhali əsasən kənd təsərrüfatı və ağac emalı sənayesi ilə məşğuldur.

İqtisadiyyat Şəhərdə 1952-ci ildə neft emalı zavodunun tikintisinə başlanmış və zavod 8 noyabr 1956-cı ildə fəaliyyətə başlamışdır. Bu zavod fəaliyyətə başlaması şəhərdə həyatı dəyişmiş və şəhərdə əhalinin sayını artırmışdır. Bu neft emalı zavodunu Simon Ranxa, Leonard Mitrusi, Bahri Hazizi, Hysen Voci, Dhimiter Toska, Jorgji Calja, Filip Gega, Lavdosh Hametaj, Vasip Gura, Shefqet Lole, Alush Rexho və Ibrahim Gjevori yaradıb. Əvvəlcə gündə 500 ton xam neft emal edən zavodun emal gücü, 1957-ci ildə, gündə 800 tona qədər artdı. 1961-ci ildə zavod yenidən quruldu və emal gücü gündəlik 1500 tona çatdırıldı.

İdman Cerriki şəhərini təmsil edən "KS Turbina Cërrik" futbol klubu Albaniya çempionatının yüksək divizionunda oynayır. Klub 1956-cı ildə təsis edilib. Şəhərdə həmçinin "Cërrik" adlı voleybol komandası da var.

İstinadlar

Kateqoriya:Albaniya şəhərləri