"Sözlər" () — 2012-ci ildə Brayan Klaqman və Li Sterntal tərəfindən yazılmış və rejissorluq debütü olan dram filmi. Filmin premyerası 27 yanvar 2012-ci ildə Sandens Film Festivalında olmuşdur. Film 2012-ci ilin payızında nümayiş olunmuşdur.
Süjet Filmin süjetinin orijinallığı ondan ibarətdir ki, o, biri digərinin içinə "yuvalanmış" üç hekayədən ibarətdir: bir hekayə haqqında hekayə başqa bir hekayədən bəhs edir.
Tanınmış yazıçı Kley Hammond "Sözlər" adlı yeni romanının ilk iki fəslini ictimaiyyət qarşısında oxuyur. Romanın qəhrəmanı uğursuz gənc yazıçı Rori (Bredli Kuper) köhnə bir portfeldə itmiş əlyazma tapır. Bu əlyazma amerikan əsgəri ilə fransız ofisiant-qızın müharibə zamanı və müharibədən sonrakı Parisdə faciəvi evliliyindən bəhs edir. Romandan dərin təsirlənən Rori əsəri öz adı ilə nəşr etdirir və geniş şöhrət qazanır. Uğur dalğasına düşərək, etdiyi saxtakarlığı az qala unudur. Ancaq bir gün romanın əsl müəllifi, indi köhnəlmiş qoca (Ceremi Ayrons) onun yanına gəlir. O, Roriyə əlyazmanın hansı şəraitdə yazıldığını və necə itdiyini danışır. Rorinin yalanı üzə çıxır. Qocanın timsalında böyük bir insan kədəri də üzə çıxır. Kleyin kitabında danışılan hekayənin birinci hissəsi beləcə başa çatır.
"Sözlər"in ilk fəsillərinə ictimai baxışdan sonra Kley jurnalist Daniela (Oliviya Vayld) ilə tanış olur və tezliklə onlar evə gedirlər. Orada Kley öz səhvindən dərindən peşman olmağa başlayan Rorinin hekayəsinin qalan hissəsini Danielaya danışır. Rori arvadına etiraf edir, uğursuz şəkildə nəşriyyatları onun adını üz qabığından çıxarmağa razı salır və qoca ilə yenidən əlaqə qurur — qonorarı onunla bölüşdürmək ümidi ilə. Qoca isə Rorinin aldatmağını ictimailəşdirməməyə söz verərək onu yola salır və bir ay sonra vəfat edir. Bununla belə, Rorinin yalan üzərində qurulan xoşbəxt şəxsi həyatı dağılmağa başlayır.
Daniela belə nəticəyə gəlir ki, Kleyin romanı avtobioqrafikdir, Rorinin obrazı isə Kleydir. O, Kleyə təsəlli verməyə çalışır, lakin o, bunu rədd edir: o, uzun müddətdir ki, öz həyat yoldaşından bağışlanma gözləyir.
Baş rollarda Bredli Kuper — Rori Yansen Olivia Wilde — Daniella Zoe Saldana — Dora Jensen Ceremi Ayrons — Qoca Ben Barnes — gənc oğlan Nora Arnezeder — Seliya Dennis Quaid — Clay Hammond J. K. Simmons cənab Jensen kimi John Hannah Richard Ford rolunda Zeljko İvanek Cozef Katler rolunda Ron Rifkin — Timoti Epşteyn
İstinadlar
Kateqoriya:2012-ci ilin ABŞ filmləri Kateqoriya:Kinorejissorların debüt filmləri Kateqoriya:CBS Films filmləri Kateqoriya:Yazıçılar haqqında filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Vikipediya:Vikidatada mənbələri olan məqalələr Kateqoriya:İngilis dilində romantik triller filmləri Kateqoriya:İngilis dilində romantik dram filmləri Kateqoriya:ABŞ-nin romantik dram filmləri Kateqoriya:ABŞ-nin psixoloji-triller filmləri Kateqoriya:Nyu-York haqqında filmlər Kateqoriya:ABŞ-nin romantik triller filmləri Kateqoriya:Dramlar Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri