Həsənağa Nazim oğlu Rzayev (5 avqust 1977, Bakı) — Sərbəst güləş növü üzrə Azərbaycan Respublikasının İdman Ustası (1999), Azərbaycan çempionu, Beynalxalq turnirlərin qalibi, Avropa çempionatının iştirakçısı, DİN-nin “Dinamo” İdman cəmiyyətində güləş üzrə məşqçi (2001–2003), Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin idman idarəsinin müdiri (2009), MOK Olimpiya Gündəliyi-2020 Komissiyasının üzvü (2016), Azərbaycan Basketbol Federasiyasının vitse-prezidenti (2017-2021), MOK-un İdman Komitəsinin idarə heyətinin üzvü (2019), Azərbaycan Deflimpiya Komitəsinin idman idarəsinin müdiri (2024), Avropa Olimpiya Komitələrinin E-sport Komissiyasının üzvü (2025).

Həyatı Həsənağa Rzayev 5 avqust 1977-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1984-cü ildə Bakı şəhəri İlqar İbrahimov adına 167 saylı tam orta məktəbdə, 1994-cü ildə isə 72 saylı məktəb-liseydə orta təhsilini bitirmişdir. 1995-1999-cu illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında, 2006-2009-cu illərdə isə Azərbaycan Memarlıq və İnşaat Universitetində bakalavr pilləsi üzrə təhsil almışdır. 1999-2000-ci illərdə Azərbaycan Respublikası Daxili Qoşunlarında DİN-nin “Dinamo” İdman Cəmiyyətində hərbi xidmət keçmişdir.

Ailəlidir. 3 övladı var.

Fəaliyyəti thumb|2022-ci ildə Azərbaycan Basketbol Federasiyasının hesabat-seçki konfransı

İdman sahəsindəki fəaliyyəti 1999-cu ildə sərbəst güləş növü üzrə Azərbaycan Respublikasının idman ustası normasını yerinə yetirib. 2001-2003-cü illərdə DİN-nin “Dinamo” İdman cəmiyyətində güləş üzrə məşqçi vəzifəsində çalışıb. 2003-2009-cu illərdə British Petroleum (BP) şirkətində sürücü-koordinator kimi fəaliyyət göstərib. 2017-2021-ci illərdə Azərbaycan Basketbol Federasiyasının vitse-prezidenti vəzifəsində çalışıb. 2009-cü il 10 noyabr tarixindən etibarən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin, 2024-cü ildən isə Azərbaycan Deflimpiya Komitəsinin idman idarəsinin müdiri vəzifəsində çalışır.

2017-ci ildə Amerika Birləşmiş Ştatlarının “İVLP-Sport Managment and Sports as a Tool for Sosial Change in the US” adlı beynəlxalq təcrübə proqramında iştirak edib.

2019-cu ildə MOK-un İdman Komitəsinin idarə heyətinin, 2016-cı ildən MOK Olimpiya Gündəliyi-2020 Komissiyasının, 2025-ci ildən Avropa Olimpiya Komitəsinin E-sport Komissiyasının üzvüdür. thumb|left|2018-ci ildə Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunları 2011-ci ildə Türkiyənin Trabzon şəhərində keçirilən XI Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) missiya rəhbərinin köməkçisi, 2012-ci ildə İngiltərənin paytaxtı Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarının, 2013-cü ildə İndoneziyanın Palembanq şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarının nümayəndə rəsmisi, 2015-ci ildə Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) missiya rəhbərinin köməkçisi, Bakı-2015 Avropa Oyunlarının nümayəndə rəsmisi, 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunları nümayəndə rəsmisi, 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının nümayəndə rəsmisi, 2018-ci ildə Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarının, Argentinanın paytaxtı Buenos-Ayres şəhərində keçirilən Gənclərin Olimpiya Oyunlarının nümayəndə rəsmisi, 2019-cu ildə Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) missiya rəhbəri, Belarusun paytaxtı Minsk şəhərində keçirilən II Avropa Oyunlarının rəhbər köməkçisi, Qətərin paytaxtı Dohada keçirilən I Çimərlik Oyunlarının missiya rəhbəri, 2021-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçirilən XXXII Yay Olimpiya Oyunlarının missiya rəhbərinin müavini, 2025-ci ildə Makedoniyanı paytaxtı Skopyedə keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) rəsmi nümayəndəsi kimi iştirak edib.

İstinadlar