Oophaga speciosa — Ağacadırmananlar fəsiləsinin Oopaga cinsinə aid qurbağa növü.
Ümumi məlumat Oophaga speciosanın adı latın dilindən götürülüb. "Oophaga" yumurta yeyən anlamı daşıyır, "speciosa" isə "gözəl" deməkdir. Oophaga speciosa zəhərli dərisi və çəkici rəng palitrası ilə tanınır. Bu qurbağa növü çox vaxt bioloji tədqiqatların mərkəzində yer alır.
Bədən uzunluğu adətən 2-4 sm arasında dəyişir. Rəngləri narıncı, mavi, qırmızı, sarı və yaşıl ola bilər, dərisi üzərində zolaqlar və ya naxışlar ola bilər. Bu rənglənmə növün yırtıcılardan qorunmaq üçün zəhərli olduğunu bildirən "aposematik siqnal" rolunu oynayır. Cinsi dimorfizm aşaqı səviyyədədir, lakin erkəklər adətən dişilərdən kiçik olur və cəkilərinə görə fərqlənir.
Oophaga speciosa çox vaxt Mərkəzi və Cənubi Amerikanın tropik yağmurlu meşələrində yayılıb. Xüsusilə Panamada və Kolumbiyada rast gəlinir. Bu qurbağa növü rütubətli, isti mühitdə yaşamaq üçün adaptasiya olunmuşdur.
Oophaga speciosanın çoxalma davranışı olduqca maraqlı və mürəkkəbdir. Erkək qurbağalar tüninq səsləri vasitəsilə dişi qurbağaları cəlb edir. Cütləşmə prosesində erkək qurbağa dişi qurbağanı bromeliya bitkilərinin yarpaqlarına istiqamətləndirir, çünki bu yarpaqlar su yığmaq üçün müsbət mühit yarada bilir. Dişi qurbağa yumurtalarını bu yerlərdə qoyur və erkək qurbağa bu yumurtaları müdafiə edir. Yumurtalar çatlandıqdan sonra çıxan dişiciklər suya ehtiyac duyduqlarına görə bromeliya bitkilərinin yarpaqlarında qalırlar. Dişi qurbağa dişicikləri qidalandırmaq üçün onlara qeyri-bəripər yumurta verir. Bu davranış anacıl qayğının nümunəsidir və Oophaga speciosa-nı digər qurbağa növlərindən fərqləndirən əsas cəhətlərdən biridir. Dişiciklər bir müdət bu yerlərdə qalaraq tamamilə böyüyüb yetkin qurbağa formalarına çevrilir.
Qorunma statusu Oophaga speciosa Beynəlxalq Təbiəti Mühafizə Birliyiin (IUCN) Qırmızı Siyahısında "təhlükə altında" kateqoriyasına salınıb.
İstinadlar
Xarici keçidlər
Oophaga speciosa на сайте The IUCN Red List of Threatened Specied AmphibiaWeb — Oophaga speciosa Oophaga speciosa (Schmidt, 1857) — Amphibian Species of the World Catalogue of Life
Kateqoriya:Yoxa çıxmış növlər Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər