Əliağa Məmmədli (tam adı:Əliağa Əyyub oğlu Məmmədli; ) — antropoloq, Azərbaycanın ilk antropologiya elmləri doktoru, professor. AMEA Arxeologiya və Antropologiya İnstitutu "Antropologiya" şöbəsinin müdiri, "Tərəqqi" medalı mükafatçısı (2025) , 2010-cu ildən Azərbaycan Turizm və Menecment Universiteti, İctimai fənlər kafedrasının professoru, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tarix və Antropologiya üzrə ekspert şurasının sədr müavini.

Azərbaycanda müasir etnomədəni proseslərin mahiyyəti və istiqamətlərinin, Azərbaycanda müasir etnoslararası münasibətlərə təsir edən amillərin müəyyənləşdirilməsi Əliağa Məmmədlinin əsas elmi nailiyyətlərindəndir. Həyatı Əliağa Məmmədli, 5 yanvar 1958-ci ildə Bakı şəhərində dünyaya göz açıb.

O, 1975-ci ildə Bakı şəhərinin 175 saylı orta məktəbini bitirib. 1975-79-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakultəsində təhsil alıb. 1979-1981-ci illərdə Sovet ordusu sıralarında xidmət edib. Ordu sıralarından qayıtdıqdan sonra əmək fəaliyyətinə başlayan Əliağa Məmmədli 1981-1982-ci illərdə Qobustan Milli Tarix-Bədii Qoruğunda elmi işçi vəzifəsində çalışıb. 1982-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasında əmək fəaliyyətini davam etdirir. Ailəsi Əliağa Məmmədli evlidir və üç övladı var. O, tanınmış rəssam, Azərbaycan SSR əməkdar incəsənət xadimi Əyyub Məmmədovun oğludur.

Elmi fəaliyyəti Əliağa Məmmədli 1982-1984-cü illərdə Moskva Dövlət Universitetinin Etnoqrafiya kafedrasında tədqiqatçı-stajor, 1985-1988-ci illərdə isə həmən kafedranın aspirantı olub. Moskva Dövlət Universitetinin aspiranturasını bitirərək 1988-ci ilin dekabrında "Müasir Azərbaycan kəndində etnomədəni proseslər" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb. Bakıya qayıtdıqdan sonra elmi fəaliyyətini Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda davam etdirib.

Əliağa Məmmədli 1982-85-ci illərdə Sovet dövrü etnoqrafiyası şöbəsində baş laborant, 1985-89-cu illərdə Etnososioloji tədqiqatlar şöbəsində kiçik elmi işçi, 1990-93-cü illərdə Etnososioloji tədqiqatlar şöbəsində baş (böyük) elmi işçi, 1993-96-cı illərdə Etnososioloji tədqiqatlar şöbəsində aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 1996-cı ildə Tədbiqi etnologiya şöbəsinin, 2003-cü ildə Etnososioloji tədqiqatlar şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 2018-ci ildə Arxeologiya və Etnoqrafiya İnstitutunun nəznində yeni yaradılan Antropologiya Mərkəzinin (sonradan Antropologiya şöbəsi) rəhbəri təyin olub və hal-hazırda da bu vəzifədə çalışır.

2012-ci ildə Əliağa Məmmədli "Azərbaycanda müasir etnomədəni proseslərin xüsusiyyətləri" mövzusunda dissertasiyasını müdafiə edərək Azərbaycanda ilk dəfə antropologiya elmləri doktoru elmi dərəcəsi almış, 2017-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona professor elmi adı verilmişdir.

Elmi fəaliyyəti dövründə ölkə və xarici jurnal, məqalələr toplularında çap olunmuş 110 elmi məqalənin və 6 monoqrafiyanın müəllifi, 7 monoqrafiyanın elmi redaktoru olmuşdur. Hal-hazırda o, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tarix və Antropologiya üzrə ekspert şurasının sədr müavinidir. 1. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Tarix, insan və cəmiyyət" elmi-nəzəri və elmi-metodik jurnalı2. Azərbaycan Milli Elmlər Akademiyası "Sosial elmlər" jurnalı3. AMEA Arxeologiya və Antropologiya İnstitutu "Tempus Pontem: Azerbaijan Journal of Archaeology and Anthropology" jurnalı Beynəlxalq elmi fəaliyyəti

Bir çox elmi layihələr, milli və beynəlxalq elmi konfrans və simpoziumlarda iştirak edən Əliağa Məmmədlinin elmi rəhbərliyi altında 7 fəlsəfə doktoru hazırlanıb. Onun məruzələri ilə çıxış etdiyi bir çox beynəlxalq elmi konfransların siyahısı aşağıdakı kimidir: III Beynəlxalq Antropoloji Elmlər Konqresi. Antropologiyanın 100 illiyi. Ankara, 24-26 oktyabr 2025. Məruzə - "Azərbaycanda yaşayan etnik qruplar arasında əlaqələr sisteminə ümumi baxış". Международная конференция "Кавказ в исследовательском поле: от истоков к перспективам кавказоведения". Москва, 2025. Доклад - "Этнокультурные особенности современного населения Лерикского района Азербайджана (по материалам этнографической экспедиции)". Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş elmi sessiya. Bakı, 2025. Məruzə - "Lerik rayonuna antropoloji ekspedisiya haqqında". Heydər Əliyev – 100. Azərbaycanda Arxeologiya, Etnoqrafiya və Antropologiya elmlərinin prioritet məsələləri mövzusunda Respublika elmi konfransı. Bakı, 2023. Məruzə - "Antropoloji baxımdan şəhərlərin öyrənilməsinin bəzi aspektlərinə dair". Azərbaycan-Koreya elmi əməkdaşlığı. Beynəlxalq konfrans. Bakı, 2022. Məruzə - "Şəhərlərdə tarixi məkanların milli kimliyin formalaşmasına təsiri haqqında". Этнокультурное пространство Кавказа в системе межэтнических и межконфессиональных коммуникаций. Международная конференция, Москва, 2022. Доклад - "Современные этнокультурыне процессы у народов "Шахдагской группы". IV Форум гуманитарных наук "Великая Степь". Нур-Султан, 2019 г. Доклад - "Культурные смыслы исторического пространства Ичери шехер" (Внутреннего города) в Баку: социально-антропологический аспект". XIII Конгресс этнологов и антропологов России. Казань, 2019. Доклад - "Народы "Шахдагской группы" в условиях современных социокультурных модернизаций". Azərbaycanda arxeoloji və etnoqrafik araşdırmalar. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Elmi sessiya. Bakı, 2018. Məruzə - "Azərbaycan etnoqrafiya elmində şəhər əhalisinin məişət və mədəniyyətinin öyrənilməsinə dair". 20.Yüzyil başlarından günümüze türk dünyasındakı siyasi, iktisadi ve kültürel gelişmeler. Uluslararası sempozyum. 2018, Almatı – Ankara. Rapor - "Sovet dövründə azərbaycanlıların etnik identikliyinin formalaşması xüsusiyyətləri". 2017-ci ildə Azərbaycanda aparılmış arxeoloji və etnoqrafik tədqiqatların yekunları. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı, 2017. Məruzə - "Qrızların müasir etnomədəni durumu haqqında". XII Конгресс антропологов и этнологов России. Ижевск, 3-6 июля, 2017 г. Доклад - "Проблема локальной идентичности в условиях современного Баку". İdentities on the move: The Caucasus between the local, the regional, and the global. Qafqaz University, Baku, 2015. Report – "Peculiarities of the formation of azerbaijanis" ethnic identity in soviet era". XI Конгресс антропологов и этнологов России. Контакты и взаимодействие культур. Екатеринбург, 2015. Доклад - "Этнокультурные процессы в Азербайджане и глобализация". X Международная научная конференция "Свое" и "Чужое" в культуре". Петрозаводск, 2015. Доклад - "Этнокультурная идентичность в условиях трансформации городского пространства".

Pedaqoji fəaliyyəti

Ə.Məmmədli 2010-cu ildən Azərbaycan Turizm və Menecment Universiteti, İctimai fənlər kafedrasının professoru (əvəzçi) vəzifəsində çalışır və Etnoqrafiya, Dünya mədəni irsi, Arxeoloji irsin mühafizəsinin təşkili fənnlərini tədris edir.

Elmi əsərləri Əliağa Məmmədlinin elmi fəaliyyəti əsasən etnik kimlik, milli kimlik və millətçilik mövzularına yönəlmişdir. Google Scholar profilinə görə, onun 26 sitat gətirilməsi, 3 H-indeksi, 1 i10-indeksi və 6 nəşri vardır.

Onun əsas tədqiqat sahələrinə Azərbaycan milli kimliyinin qurulması, sərhəd bölgələrində kimlik məsələləri və Sovet dövrü antropologiyası daxildir. Əliağa Məmmədli, qloballaşma və inteqrasiya şəraitində etnik kimliyə artan marağı, eləcə də milli kimliyin formalaşmasında sərhədlərin rolunu araşdırır. Onun elmi işləri, millətçiliyə dair müxtəlif nəzəri yanaşmaları, o cümlədən primordialist, modernist və etnosimvolist yanaşmaları əhatə edir. Monaqrafiyaları (1998) Азербайджанцы. Историко-этнографический очерк. Чашыоглу. Баку (həmmüəllif). (2008) Современные этнокультурные процессы в Азербайджане: основные тенденции и перспективы. Издательство Университета Хазар. Баку. (2016) Этнокультурное воспроизводство в условиях глобализации: этноперекрестки и трансграничье. Москва-Берлин: Директ-Медиа, (həmmüəllif). (2017) Müasir cəmiyyət və etnomədəni müxtəliflik (etnoloji oçerklər). Bakı. (2017) Азербайджанцы. Серия "Народы и культуры". Москва, Наука, (həmmüəllif və Azərbaycan tərəfindən məsul katib). (2017) "Azerbaijani" and Beyond. Perspectives on the Construction of National Identity. Verlag Dr.Köster, Berlin, (həmmüəllif). (2023) Этнокультурные сообщества Шахдага между прошлым и будущим. Bakı.

Elmi məqalələri

(2005) Глобализация и распространение информационных технологий в фокусе современных этнокультурных процессов в Азербайджан (2007) Müasir etnomədəni proseslər. Azərbaycan milli ensiklopediyası (2011) Soviet-Era Anthropology by Azerbaijani Scholars (2012) Современные этнокультурные процессы. Азербайджанская Национальная энциклопедия (2012) Features of socialization of Azerbaijani youth in the context of democratic values (2013) Советская действительность в этнографических исследованиях азербайджанских ученых. Etnoqrafiyadan etnologiyaya doğru: Azərbaycanda müasir etnoloji araşdırmalar (2014) "Особенности современных миграционных процессов в Азербайджане", Теоретические проблемы этнической и кросс-культурной психологии (2015) "Этнокультурная идентичность в условиях трансформации городского пространства", Материалы X международной научной конференции "«Свое» и «Чужое» в культуре" Петрозаводск (2016) Multikulturalizm: nəzəri yanaşmalar və gündəlik həyatın reallıqları (2017) О влиянии социально-экономических факторов на состояние межэтнических отношений и конфликтов на постсоветском пространстве. Geostrategiya. Aylıq ictimai-siyasi, elmi-populyar jurnal (2017) Theorizing nation building in Azerbaijan (2017) PECULIARITIES OF THE FORMATION OF AZERBAIJANIS’ETHNIC IDENTITY IN THE SOVIET ERA (2017) "AZERBAIJANI" AND BEYOND (2018) Sovet dövründə azərbaycanlıların etnik identikliyinin formalaşması xüsusiyyətləri. 20.Yüzyil başlarından günümüze türk dünyasındakı siyasi, iktisadi ve kültürel gelişmeler (2019) Культурные смыслы исторического пространства "Ичери шехер" (Внутреннего города) в Баку: социально-антропологический аспект (2019) Şahdağ xalqlarının müasir etno-mədəni proseslərinə dair. Azərbaycan xalçaları (2022) Народы шахдагской группы в условиях современных социокультурных модернизаций. Этнокультурное пространство Кавказа в системе межэтнических и межконфессиональных коммуникаций

Mükafatları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il 5 noyabr tarixli 790 nömrəli Sərəncamı ilə Əliağa Məmmədli "Tərəqqi" medalı ilə təltif edilmişdir.

Həmçinin bax AMEA Arxeologiya və Antropologiya İnstitutu Əyyub Məmmədov İstinadlar

Xarici keçidlər

Kateqoriya:"Tərəqqi" medalı ilə təltif edilənlər Kateqoriya:Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunları Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:AMEA Arxeologiya və Antropologiya İnstitutunun alimləri Kateqoriya:Azərbaycan antropoloqları Kateqoriya:Azərbaycan etnoqrafları Kateqoriya:Azərbaycan professorları Kateqoriya:Azərbaycan etnoqrafları