Çobankənd — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Çobankənd kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Çobankənd kəndi Novosaratovka-Novoivanovka yolunun üstündə yerləşir. Kənd ümumilikdə üç hissədən ibarətdir. Novoivanovka, Yenikənd, Arabaçı və Şahdağ kəndi ilə sərhəddir.

Toponimikası Dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, inqilabdan əvvəl Novoivanovka kəndində şəxsi təsərrüfatlarda çobanlıq edənlərə 1925-ci ildə Alağac adlanan bu yerdə torpaq sahəsi verilmişdi. 1925-1926-cı illərdə bir neçə çoban öz ailələri ilə birlikdə burada məskunlaşaraq kəndin əsasını qoydular. Ona görə də kənd Çobankənd adlandırılmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Mədəniyyəti Kənddə 1 məktəb və 1 kitabxana fəaliyyət göstərir.

Əhalisi Əhalisi maldarlıq-qoyunculuq və qaramal saxlamaqla, eləcə də əkinçiliklə (kartofçuluq) məşğuldur. Maldarlıq yaylaq və qışlaq prinsipi ilə həyata keçirilir. Kənd əhalisi Oğuz Türkmən boyu olan Eymur boyundandırlar. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1482 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Həmçinin bax Gədəbəy rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Gədəbəy rayonunun kəndləri