Coanna Mariya "Cenni" Lind (; ) — İsveç opera müğənnisi. O, "İsveç bülbülü" ləqəbli opera sopranosu olaraq XIX əsrin ən məşhur müğənnilərindən biri idi. O, İsveçdə və bütün Avropada opera rolları ifa etmiş və 1850-ci illərdə ABŞ-da qastrol səfərlərində olmuşdur. 1840-cı ildən İsveç Kral Musiqi Akademiyasının üzvü idi.

Lind 1838-ci ildə Stokholmdakı Kral Operasında fon Veberin "Azad nişançı" əsərində Aqata rolunu ifa etdikdən sonra şöhrət qazandı. Bir neçə il sonra onun vokal problemləri yarandı və bu problemlər məşhur müğənni və həkim Manuel Qarsiya tərəfindən düzəldildi. Opera müğənnisi kimi Lind 1840-cı illərdə İsveçdə və Şimali Avropada böyük uğurlar qazandı. Məşhur bəstəkar Feliks Mendelson Bartoldi ilə sıx əlaqədə idi. Londonda iki uğurlu mövsümdən sonra müğənni 29 yaşında operadan təqaüdə çıxdığını elan etdi."Today's Tops in TV" . The San Francisco Examiner. 26 December 1955. p. 23. Retrieved 5 June 2024; and Barnow, Eric; ed. (1945). Radio Drama in Action: Twenty-five Plays of a Changing World. New York: Farrar & Rinehart, Inc. p. 346. .

1850-ci ildə məşhur impresario Fineas Teylor Barnumun dəvəti ilə Lind ABŞ-a qastrol səfərinə çıxdı və orada 93 irimiqyaslı konsert verdi, daha sonra isə müstəqil qastrol səfərlərinə davam etdi. Amerika qastrol səfərində müğənni 350.000 dollardan çox qazanc əldə edərək, gəliri əsasən İsveçdə pulsuz məktəblərin yaradılmasına xeyriyyə təşkilatlarına bağışladı. Yeni əri bəstəkar Otto Qoldşmidt ilə birlikdə Lind 1852-ci ildə Avropaya qayıtdı və 1855-ci ildən Böyük Britaniyada məskunlaşdı, növbəti iyirmi il ərzində vaxtaşırı çıxış etdi. 1882-ci ildən Londondakı Kral Musiqi Kollecində opera professoru oldu. Ədəbiyyat

İstinadlar

Xarici keçidlər

Profile of and links to information about Jenny Lind, the Barnum's American History Museum site

Lind and Chopin at World of Opera website

Jenny Lind: Her Life, Her Struggles and Her Triumphs by G. G. Rosenberg (1850) Lind's Memoirs (1820–1851) Biography by N. Parker Willis (1951)

Kateqoriya:İsveçdə doğulanlar Kateqoriya:Opera ifaçıları