300px|thumb|right|Məsud Pezeşkiyan ailəsi ilə bir yerdə Pezeşkianlar — İran Prezidenti Məsud Pezeşkiyanın ailəsi.

Ailənin üzvləri Məsud Pezeşkian İran azərbaycanlılarının ailəsində dünyaya gəlmişdir. O, özünü və valideynlərini "türk" hesab edir. Pezeşkianın həyat yoldaşı vəfat etmişdir, buna görə də prezidentliyə namizədlik və prezidentlik dövründə qızı Zəhra Pezeşkian onu müşayiət etmişdir.

Fikirləri

Azərbaycan siyasətinə dəstək və Azərbaycana göstərilən münasibət 300px|thumb|left|Azərbaycan və İran Prezidentlərinin görüşü 300px|thumb|left|Azərbaycanın birinci xanımı və İran Prezidentinin qızı Çində birlikdə söhbət edərkən. Məsud Pezeşkian 2025-ci ilin aprelində Azərbaycana səfərində Qarabağı "Azərbaycanın ayrılmaz hissəsi" adlandırmışdır. Həmin ilin iyulunda o, Azərbaycan-İsrail və Azərbaycan-İran münasibətlərini müqayisə edərək demişdir:

Azərbaycan Prezidenti İlham Əliyev isə Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində Pezeşkian haqqında demişdir:

Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian isə İsrailə dəstəyə görə Azərbaycanla münasibətlərin korlanmasının əleyhinə olduğunu, bunun münaqişəyə səbəb olacağını qeyd etmişdir.

2025-ci ilin sentyabrında Məsud Pezeşkianın qızı Zəhra Pezeşkian ilə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Çində səmimi görüş keçirmiş, mətbuata görə, Mehriban Əliyeva Zəhra Pezeşkianı görüşdə sıxılmağa qoymamışdır. Zəhra Pezeşkian həmin ilin dekabrında "Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda iştirak etmiş, Azərbaycanda olmaqdan məmnun olduğunu bildirmişdir. O, Azərbaycan və İranı "tarixi, mədəni və dini baxımdan ortaq köklərə və dəyərlərə malik olan" iki ölkə adlandırmışdır.

Azərbaycan dilinin istifadəsi Məsud Pezeşkian İran məktəblərində Azərbaycan dilinin öyrədilməsini dəstəkləyir. O, 2016-cı ildə İran parlamentində Türk bölgələri fraksiyasının başçısı seçilmişdir. Bu fraksiya İranda türk (Azərbaycan türkcəsi) dilində təhsil almaq hüququ ilə bağlı olaraq qurulmuşdu.

2025-ci ilin yanvarındaa Məsud Pezeşkian Xuzistan vilayətinin Əhvaz şəhərində yeni məktəbin təməlqoyma mərasimində iştirak edəndə Azərbaycan dilində atalar sözü işlətmişdir: "Türk dilində belə bir məsəl var: oğul şüurlu olsa, neylər dədə malını, şüursuz olsa, neylər dədə malını? Uşaqlarımıza, gələcək nəsillərimizə şüur, bilik verməliyik". Həmin ilin mayında isə o, Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poemasından bir hissə oxuyarkən "duman" sözünü farscaya tərcümə edə bilməmiş, sözü Azərbaycan dilində "Dumana nə deyərlər?" — deyərək, zaldakıların gülüşünə səbəb olmuşdur.

O, İranda oxuyub ölkəni tərk edənlər üçün isə 2025-ci ilin sentyabrında Azərbaycan dilində "Qınından çıxıb, qınını bəyənmirlər. Bu ifadənin tərcüməsi yoxdur." — demişdir.

Ortaq Azərbaycan ədəbiyyatına müraciət Məsud Pezeşkian 2025-ci ilin fevralında "Tehranda Təbriz Mədəniyyət Həftəsi"nin bağlanış mərasimində, həmin ilin aprelində Azərbaycana səfərində və həmin ilin mayında Omanda İran vətəndaşları ilə görüşərkən Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poemasından bir hissəni oxumuşdur.

Məsud Pezeşkian 2025-ci ilin mayında oğlu Yusif və qızı Zəhra ilə birlikdə Azərbaycana səfər etmişdir. Bu zaman Yusif Azərbaycanın "Divanlar" proqramı ilə tanış olmuş, burada Əliağa Vahid, Saib Təbrizi və Füzulinin şeirlərinə baxmışdır. Yusif bu proqramı bütün Azərbaycan türkcəsində yazan şairləri əhatə etdiyi üçün tərifləmiş, ancaq proqramın tətbiq versiyasını tapa bilməməsini heyfslənərək qeyd etmişdir. O, dilini sevənlərə belə müraciət etmişdir: Zəhra Pezeşkian 2025-ci ilin dekabrında "Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda iştirak edərkən "Heydərbabaya salam" şeirindan bir parça ilə sözlərini bitirmişdir.

İstinadlar

Kateqoriya:İran soyları Kateqoriya:İran azərbaycanlıları Kateqoriya:Azərbaycan–İran münasibətləri