Ladislav Sutnar (; ) — Çexiyalı qrafik dizayner və informasiya arxitektoru. O, informasiya dizaynı və informasiya arxitekturasının qabaqcıllarından biri idi. Onun xidmətləri tam etiraf edilməyib. Lakin Sutnar biznes sahəsinə verdiyi töhfələrlə cəmiyyətədə fayda vermişdir. O, mötərizə daxilində sahə kodları tətbiq etməklə istifadəçi telefon kataloqunu yardan şəxsdir. O, McGraw-Hill, IBM və Birləşmiş Millətlər Təşkilatı da daxil olmaqla müxtəlif işəgötürənlərdən dizayn sifarişləri almışdır. O, həmçinin təxminən iyirmi il ərzində "Sweet's Catalog Service" şirkətində bədii rəhbər vəzifəsində çalışmışdır. Sutnar bir çox fərdi sərgilər keçirmişdir və əsərləri Müasir İncəsənət Muzeyində daimi sərgilənir. O, ən çox "İdarə olunan Vizual Axın: Forma, Xətt və Rəng", "Paket Dizaynı: Vizual Satışın Gücü" və "Fəaliyyətdə Vizual Dizayn: Prinsiplər, Məqsədlər" kimi kitabları ilə tanınır. Sutnar sərgi dizaynı, tipoqrafiya, reklam, plakatlar, jurnal və kitab dizaynı ustası idi.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
MoMA: The Collection RIT Graphic Design Archive Sutnar.cz Sutnar Design Collection and Books