Gedikli qətliamı — 1919-cu ildə Osmanlı imperiyasında, indiki Türkiyənin İğdır vilayətinin Duzluca rayonuna bağlı Gedikli kəndində erməni silahlı dəstələri tərəfindən həyata keçirilmiş qətliam. Qətliamda əsasən qadın, uşaq və yaşlılardan ibarət təxminən 96–150 nəfər türk-müsəlman mülki şəxs həlak olmuşdur. 2003-cü ildə aparılan qazıntı işlərində qətlə yetirilmiş, kütləvi şəkildə basdırıldıqları müəyyən edilən şəxslərin sayı 96 olaraq təsbit olunmuşdur.

Tarixi Regionda Birinci Dünya müharibəsindən sonra Osmanlı imperiyasının çəkilməsi ilə erməni "Daşnaksütyun" və "Hnçak" dəstələrinin fəaliyyətlərinin artması dövründə yerli əhali hədəf alınmış, onlara qarşı çoxsaylı hücumlar həyata keçirilmişdir. Gedikli qətliamı da bu prosesdə baş vermiş hadisələrdən biri kimi qeydə alınmışdır.

Qətliam 1919-cu ildə erməni dəstələrinin Gedikli kəndinə basqın etdiyi, kənd əhalisini samanlığa və evlərə bağlayaraq qətlə yetirdiyi iddia olunmuşdur. 2003-cü ildə Türk Tarix Qurumu, Van Yüzüncü Yıl Universiteti və Qars Muzeyi əməkdaşlığı ilə aparılan qazıntılarda kənddəki köhnə samanlığın ətrafında kütləvi məzarlar aşkar olunmuşdur. Bu qazıntılarda əsasən qadın və uşaqlardan ibarət təxminən 96 skelet aşkar edilmişdir. Onların kəllə sümüklərində qılınc və buna bənzər kəsici alət izləri, həmçinin güllə nüvələri aşkar edilmişdir. Bir qadın qucağında uşaq sümükləri ilə birlikdə tapılmışdır. Qazıntı və avtopsiya hesabatları bu hadisənin kütləvi qətliam olduğunu təsdiqləmişdir. Bu qalıqların tapıldığı ərazidə sonradan bir şəhidlik inşa edilmişdir.

İstinadlar

Kateqoriya:1919-cu ildə Osmanlı imperiyası Kateqoriya:Türkiyədə qətliamlar