Kollu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Şınıx kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Gədəbəy rayonunun Göyəlli kənd ərazi vahidinin Kollu kəndi Şınıx kənd ərazi vahidinin tərkibinə verilmişdir.
Toponimikası Kəndi XIX əsrdə Qazax mahalının Dəmirçilər kəndindən gəlmiş Mahmud adlı şəxs kolluq sahədə saldığı üçün belə adlandırılmışdır. Hazırda kənddəki nəsillərdən biri mahmudlu adlanır. Kəndin şimal-qərbində isə Mahmudun yeri adlı sahə var.
Tarixi
Coğrafiyası və iqlimi Kənd dağlıq ərazidə yerləşir.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 281 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti
Həmçinin bax
Kateqoriya:Gədəbəy rayonunun kəndləri