Ankara Musiqi və Gözəl Sənətlər Universiteti () —Türkiyənin Ankara şəhərində yerləşən dövlət universiteti. Universitet 1 iyul 2017-ci ildə təsis edilmişdir. O, xüsusi olaraq incəsənət və musiqi təhsili üzrə ixtisaslaşaraq tədris fəaliyyətini 4 fakültə, 1 institut və 1 peşə məktəbi vasitəsilə həyata keçirir. Universitet musiqiyə tam tematik yönümlü olan Türkiyənin ilk ali təhsil müəssisəsi olması ilə seçilir."Arşivlenmiş kopya" . 4 Ağustos 2020 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 27 Ocak 2020.

Akademik bölümlər Universitet gözəl sənətlər və musiqişünaslıq sahələrinə yönəlmiş müxtəlif bakalavr və magistr proqramları təklif edir."Ankara Music and Fine Arts University Profile and Programs" . Study Turkey Hub. Retrieved 28 December 2025.

İnstitutlar

Musiqi və Gözəl Sənətlər İnstitutu

Fakültələr Universitet aşağıdakı fakültələrdən ibarətdir:

Musiqi Eemləri və texnologiyaları fakültəsi İfaçılıq sənətləri fakültəsi Musiqi və gözəl sənətlər təhsili fakültəsi İncəsənət və dizayn fakültəsi

Peşə məktəbləri Musiqi və Gözəl Sənətlər Peşə Məktəbi

Akademik statistika 2021–2022 tədris ilində universitetdə 367 bakalavr, 163 magistr və 45 doktorant olmaqla ümumilikdə 575 tələbə təhsil alırdı. 2022-ci il etibarilə isə universitetdə 9 professor, 15 dosent, 31 doktor, 28 müəllim və 13 elmi işçi daxil olmaqla ümumilikdə 96 akademik heyət üzvü fəaliyyət göstərirdi."Yükseköğretim Bilgi Yönetim Sistemi". istatistik.yok.gov.tr. Yükseköğretim Kurulu.. 11 Temmuz 2019 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 17 Temmuz 2022.

Kampusları Universitet kampusu Çankaya rayonunun Oran məhəlləsində yerləşir. Kampusun qapalı sahəsi 23 600 m² (254 000 kv. fut), ümumi sahəsi isə 54 462 m² (586 220 kv. fut) təşkil edir. Kampusa aşağıdakılar daxildir:

Ümumi istifadə sahəsi 16 741 m² (180 200 kv. fut) olan qonaq evi. İki yeməkxana. 4 mərtəbəli kitabxana. Kafeteriya.

İstinadlar

Kateqoriya:Türkiyə universitetləri Kateqoriya:2017-ci ildə Türkiyədə yarananlar