OSTİM Texniki Universiteti — Türkiyənin Ankara şəhərində vəqf universiteti statusunda fəaliyyət göstərən ali təhsil müəssisəsi. Universitet, təsisçi OSTİM Vəqfi tərəfindən 7033 saylı Qanun çərçivəsində 1 iyul 2017-ci il tarixli qərarlarla yaradılmış və dövlət hüquqi şəxsliyinə malik olmuşdur."OSTİM Teknik Üniversitesi Kurum İç Değerlendirme Raporu" (PDF). YÖKAK. Erişim tarihi: 14 Şubat 2025.
Rektorluğa bağlı olaraq universitet iqtisadi və idarəetmə elmləri, mühəndislik, memarlıq və dizayn fakültələri ilə təşkil olunmuşdur. Bundan əlavə, Elm və Sosial Elmlər institutları, Peşə Ali Məktəbi və Xarici Dillər Ali Məktəbi akademik strukturu tamamlayır. Proqramlar türk və ingilis dillərində aparılır."Akademik Birimler". Erişim tarihi: 14 Şubat 2025."Fen Bilimleri Enstitüsü" . Erişim tarihi: 14 Şubat 2025."Sosyal Bilimler Enstitüsü". Erişim tarihi: 14 Şubat 2025."Yabancı Diller Yüksekokulu". Erişim tarihi: 14 Şubat 2025.
Universitet OSTİM Təşkilatlanmış Sənaye Bölgəsi ekosistemində yerləşir. Təhsil yanaşması sənaye yönümlü, tətbiqi, innovativ və sahibkarlıq xüsusiyyətlərinə malikdir. Universitet sənaye əməkdaşlığına əsaslanan öyrənmə və tədqiqat proseslərini həyata keçirir.
Təhsil modeli bakalavr və ön bakalavr səviyyəsində uzunmüddətli iş yeri təcrübəsini, həmçinin ümumi təhsil tətbiqlərini əhatə edir. Universitet ilk tələbələrini 2019–2020 akademik ilində qəbul etmiş və qısa müddətdə 8 mindən çox tələbə sayına çatmışdır. Əsas kampus Yeniməhəllə rayonunda, OSTİM-də yerləşir.
Akademik bölmələr OSTİM Texniki Universiteti tərkibində aşağıdakı akademik vahidlər fəaliyyət göstərir:
Fakültələr
Mühəndislik fakültəsi İqtisadi və idarəetmə elmləri fakültəsi Memarlıq və dizayn fakültəsi
İnstitutlar
Elmlər İnstitutu Sosial Elmlər İnstitutu
Ali Məktəblər və şöbələr
Peşə Ali Məktəbi Xarici Dillər Ali Məktəbi
Rektorlar Prof. Dr. Murat Yülek (2019–davam edir)"OSTİM Teknik Üniversitesi Rektörlüğüne Prof. Dr. Murat Yülek atandı". 27 Nisan 2019. Erişim tarihi: 14 Şubat 2025.
Tələbə və akademik heyət 2024–2025 tədris ili üzrə universitetdə 8.270 tələbə təhsil alır. Akademik heyətin sayı 150-dən artıqdır.
2025–2026 payız dönəmi üzrə universitetdə 8.500-dən çox tələbə və 260-dan çox daimi akademik heyət fəaliyyət göstərir.
İstinadlar
Kateqoriya:Türkiyə universitetləri Kateqoriya:Ankara universitetləri Kateqoriya:2017-ci ildə Türkiyədə yarananlar