Əbu Əbdürrəhman Məhəmməd ibn Hüseyn ibn Məhəmməd əs-Süləmi (; ) — xorasanlı sufi, müfəssir və mühəddis.
Həyatı
Mənşəyi Hicri 325-ci (937) ildə Nişaburda anadan olub. Ata tərəfdən Əzd, ana tərəfdən isə Süleym qəbiləsinə mənsubdur. Atası Hüseyn, Əbu Bəkr Şibli ilə görüşmüşnəfslə mübarizəyə önəm verən bir sufi olmuşdur. O, atasını itirdiyindən babası (ana tərəfdən) Əbu Əmr ibn Nüceydin himayəsində böyümüşdür.
Təhsili və fəaliyyəti Başda babası olmaqla, dövrünün tanınmış alimlərindən dərslər alıb, İraq, Rey, Həmədan, Mərv və Hicaza elmi səfərlər edib. Darəqutni, Hakim ən-Nisaburi və Məhəmməd ibn Əli əl-Kəffəl kimi alimlərdən hədis və fiqh öyrənib. Babasından ona böyük bir miras qaldığından bu mirasla kitabxana qurub, təsəvvüflə yanaşı dini və dünyəvi elmləri də dərindən öyrənib. Bir tərəfdən təsəvvüflə bağlı əsərlər qələmə alarkən, digər tərəfdən də Nişaburdakı zafiyədə müridlər yetişdirib. Söhbətlərində iştirak edən və ondan xirqə geyənlər arasında Əbu Səidi-Əbül-Xeyr, Əbdülkərim əl-Qureyşi, Əbu Nuaym əl-İsfahani, Əbu Əbdürrəhman əl-Cüveyni və Beyhəqi kimi məşhur sufi və alimlər vardır.
Ölümü Məhəmməd ibn Hüseyn əs-Süləmi Şaban ayının 3-ü hicri 412-ci (1021) ildə Nişaburda vəfat edib. Müridlərindən Əbu Səid Məhəmməd ibn Əli əl-Həşşab onun haqqında bit mənaqibnamə qələmə alıb. Zəhəbi "Siyəru Aləmin-Nubəla"da bu əsərin bir xülasəsini vermişdir.
Əsərləri Mənbələrdə Məhəmməd ibn Hüseyn əs-Süləminin 100-dən çox əsərin müəllifi olduğu qeyd edilib. Onlardan bəziləri bunlardır:
Təbəqatüs-sufiyyə. Həqaiqut-təfsir. Risalətül-Mələmətiyyə. Kitabül-Fütuvvə. Mihənus-Sufiyyə. Mənahicül-arifin. Cəvamiu ədəbis-sufiyyə. Kitabüs-sünən. Tarixus-sufiyyə. Ədəbüs-sufiyyə. Kitabül-Ənvər.
İstinadlar Kateqoriya:Sünni müsəlman İslam alimləri
Kateqoriya:Sufilər Kateqoriya:Hədis alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Farslar