Bağdadlı İsmayıl paşa (;) — hərbçi, biblioqraf və avtobioqrafiya alimi.
Bioqrafiyası 1839-cu ildə Bağdadda anadan olub. İraqın Süleymaniyyə şəhərinin nüfuzlu ailələrindən biri olan Babanlar ailəsinə mənsubdur. Buna görə də ona "Babani" və "Babanzadə" deyilmişdir. Atasının adı Mehmed Əmin, babasının adı isə Səlim olub. İraqdakı Zabit Məktəbini bitirmişdir. 1875-ci ildə İstanbula köçmüş, 1878-ci ildə isə Bakırköydə məskunlaşmışdır. 1908-ci ildən sonra mirliva rütbəsi ilə Jandarma idarəsində ikinci şöbə müdiri işləmişdir. 1920-ci ildə təqaüdə çıxdıqdan üç ay sonra vəfat etmişdir. Məzarı İstanbulun Bakırköy qəbiristanlığındadır.
Əsərləri İsmayıl Paşa hərbçiliklə yanaşı elmi fəaliyyətini də davam etdirmişdir. İstanbulda gəlişindən bir müddət sonra əsər qələmə almağa başlamış və iki əsər ərsəyə gətirmişdir. 35 illik əməyin məhsulu olan bu əsərlər aşağıdakılardır:
Hədiyyətül-Arifin, əsmaül-müəllifin və əsərül-müsənnifin. Müsəlman müəlliflər və onların əsərləri haqqında ensiklopedik məlumatlar verən əsər. İzahul-məknun fiz-zəyli alə Kəşfiz-Zünun ən əsamil-kütub vəl-fünun. "Kəşfüz-Zünun"a yazılmış əlavə olub, Katib Çələbinin bəhs etməyi və ondan sonra yazılmış əsərlər haqqında qısa məlumatlar verilmişdir. Əsərin dili ərəbcədir.
İstinadları
Həmçinin bax Kəşfüz-Zünun