Ziya Kamali (, ) — İctimai və din xadimi, maarifçi. "Qaliya" mədrəsəsinin banisi və 1906-cı ildən onun rektoru olmuşdur. Maarifçi, filosof, siyasi repressiyanın qurbanı.

Həyatı Ziyaitdin (Faruazetdin) Kamaletdinov Yamaletdin oğlu 1873-cü il dekabrın 9-da Ufa quberniyasının (indiki Başqırdıstan Respublikasının Şişma rayonu) Ufa rayonunun Qara Yaqub rayonunun Kelaş kəndində kasıb kəndli ailəsində anadan olmuşdur. İbtidai təhsilini doğma kənd məktəbində alıb. 1887-ci ildə Ufada Xeyrulla Qosmanın (1847–1907) Osmaniyyə mədrəsəsini və Qahirədə Əl-Əzhər Universitetinin fəlsəfə fakültəsini bitirib1887 елда ахун Хәйрулла Госман (1847–1907) тарафыннан ачылган. Bu illərdə adını dəyişərək Ziyaitdin qoymuşdur. 1904-cü ildən "Osmaniya" mədrəsəsində müəllim işləmiş, "İslam dünyasında" qəzetini nəşr etdirir. O, Quranı tatar dilinə ilk tərcümə edənlərdən olub, lakin nəşr olunmayıb. 1936-cı ildə Z. Kamalı həbs olunur və ömürlük həbs cəzasına məhkum edilmiş Ziya Kəmali 1942-ci ildə Samara şəhərində həbsxanada vəfat etmişdirБолгарская исламская академия|Зия Камали (Парваз ад-дин бин Джамал ад-дин бин Камал ад-дин)|https://bolgar.academy/z-kamali/https://bolgar.academy/about/https://bolgar.academy/z-kamali/.

Misirdə Ağıllı və zəhmətkeş Ziyəitdin Ufadakı "Xeyriyyə Cəmiyyəti" təşkilatı tərəfindən Misirə təhsil almağa göndərilir. Qahirənin məşhur Əl-Əzhər Universitetində (müəllim — alim Məhəmməd Qabdehunun (1849–1905)tələbəsi olur) təhsil almışdır.

Ufada 1904-cü ildə savadlı alim kimi Ufaya qayıdıb "Osmaniyyə" mədrəsəsində dərs deməyə başlayır. O, ərəb, fars və Osmanlı türkcəsini doğma dil kimi bilirdi. Qərbi Avropa dillərini, o cümlədən ingilis və fransız dillərini mükəmməl, alman dilini isə yaxşı səviyyədə bilib. Eləcə də rus dilində elmi əsərləri, dövri mətbuatı oxuyur və izləyirdi.

İslam dünyası Maarif tərəfdarı olan Z. Kəmalı öz ətrafına mütərəqqi tatar ziyalılarını toplayaraq tatar dilində "İslam dünyası" ("Əlqələməl İslam") qəzetini nəşr etməyə başlayır (1906–1907). Səhifələrində xalqı bilik və mədəniyyət dalınca getməyə çağırırdıИсмәгыйль Рәмиев, Рәис Даутов. "ӘЛ-ГАЛӘМЕ ӘЛ-ИСЛАМИ". Китапта: Әдәби сүзлек. Казан, 2001..

"Qaliya" mədrəsəsi 400px|thumb|right|"Qaliya" mədrəsəsinin ümumi görünüşü Ufada bir neçə ibtidai və orta məktəbin fəaliyyətini öyrəndikdən, onların çatışmazlıqlarını öz gözləri ilə görən Ziya Kamalı Ufada ali təhsil müəssisəsi yaratmaq fikrinə düşür. Saysız-hesabsız maneələri dəf edərək, qəbul imtahanlarından keçərək 1906-cı il oktyabrın 10-da "Qaliya" mədrəsəsi ("Mədrəsəi Qaliya Diniya") rəsmən fəaliyyətə başlamışdır. Z. Kəmalı mədrəsənin təşkilatçısı, rektoru-direktoru (1906–1918, bağlanana qədər), müəllim-professoru olmuşdur. O, özü elmi təfsir, Məhəmməd peyğəmbərin həyat və yaradıcılığı, psixologiya fənlərindən dərs deyirdi. Mədrəsədə təhsil altı il idi; 15 yaşdan 45 yaşa qədər olan tələbələri imtahan əsasında qəbul edirdilər. Müraciət edən hər kəsdən ibtidai təhsil tələb olunurdu. Təhsil proqramında əsas yeri ənənəvi fənlər: İslamın tarixi və fəlsəfəsi, Quranın təfsiri, Məhəmməd peyğəmbərin həyatı, həmçinin: ərəb, osmanlı, rus, türk dilləri tuturdu. Bu fənlərin tədrisi ali təhsil müəssisələri səviyyəsində tədris olunurduQaliya (mədrəsə)|https://az.wikipedia.org/wiki/Qaliya_(mədrəsə) . Psixologiya, pedaqogika, didaktika, ədəbiyyat, xəttatlıq da öyrənilirdi. Müəllimlər Z. Kadıri, T. Badiqi, S. Ziqanşin, L. Biksurin, Q. Terequlov, X. Fazılov, İ. Abdışev və s. idi. Müəllimlərin çoxu Misir, Suriya, Türkiyə və başqa ölkələrdə təhsil almış müəllimlər idi. 1915-ci ildə demokratik təfəkkürlü tələbələrin xahişi ilə Alimcan İbrahimov, mədrəsədə tatar dili və tatar ədəbiyyatı, Əhməd Zəki Vəlidi Toğan pedaqogikanın tarixi və nəzəriyyəsi, F. A. Dövlətkildiyeva (mədrəsənin ilk qadın müəllimi), coğrafiya, tarix və bədən tərbiyəsi, H. Zaini fizika, Q. Satıyev riyaziyyat, H. Qismətullin, kimya, pedaqogika, Q. Şanasi metodika, S. Ş. Cjiqanşa fransız dili, Vilhelm Klements isə musiqidən dərs verib. 400px|thumb|right|"Qaliya" mədrəsəsinin müəllim və tələbələri

Onun dərsləri zəngin və əlçatan bir dildə dərin mənalı, mənəvi, aydın və anlaşıqlı idiР.Үтәбай-Кәрими. Галия мәдрәсәсе. Башкорт белешмәлеге. ISBN 978-5-88185-143-9. Z. Kəmalı qadınlar üçün ilk kursların yaradıcısıdır. 1914-cü ildə onlar üçün müəllim seminariyasını təsis etdi. Özü əxlaq (etika), elm və təfsirdən dərs deyirdi.

Ziya əməyin abidəsidir, üzlər şöhrət içində yaşasın.

Düşmən yansın, gözəl izlər qoysun "Qaliya"

Şeyxzadə Babiç

Elmi fəaliyyəti O, macar (yəhudi) islam alimi Herman Vamberi (1832–1913) ilə yazışmış, çap olunmuş əsərlərinin bir qismini Budapeştə göndərmiş, H. Vamberidən yüksək qiymət almışdır.

1909–1910-cu illərdə Ziya Kamali dörd cildlik "Falsefei İslam" ("İslamın Fəlsəfəsi") əsərini nəşr etdirdi. Kamali bu əsərdə, daha sonra isə "Dini Tədbirlər" ("Quruluş Qaydaları") əsərində İslam ehkamlarını fəlsəfi baxımdan əsaslandırmış, dövrün tələblərinə uyğun islahatları müdafiə etmiş və xüsusilə qadınların bərabərliyini dəstəkləmişdir. Kamali İslamın əsaslarını müasir elm, mədəniyyət və milli doktrina ilə uzlaşdırmağın tərəfdarı idi. Onun şəriət islahatı ilə bağlı radikal ideyaları ruhanilərin əksəriyyəti tərəfindən dəstəklənmədi, əksinə, əsasən aşağı və orta təbəqədən olan gənc nəsil şakirdlər tərəfindən qəbul edildi. Kamali heç vaxt nəşr olunmayan Quranın tatar dilinə tərcüməsini yaratdı. 1911-ci ildə o, Rusiya hökumətinin müsəlmanları bütün hüquqlardan məhrum etdiyini bildirən bir çıxış etdi. Kamali, əvvəlki hüquqlarını bərpa etmək üçün birgə mübarizə apararaq, müxtəlif dövlətlərdən olan müsəlmanlardan ibarət Şura çağırılmasını təklif etdiЗия Камали (1873–1942) и выделение этнических групп в медресе|https://idmedina.ru/ramazan/?7117 .

1917-ci ilin mart ayında Z. Kamali Daxili Rusiya və Sibir Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin müvəqqəti qazisi seçilib. 1917-ci ilin aprelində o, R. İbrahimovla birlikdə Təsis Məclisinin çağırılmasından əvvəl Daxili Rusiya və Sibir Müsəlmanlarının qurultayının keçirilməsini təklif etdi. Rusiya Müsəlman Ruhanilərinin İkinci Ümum-Rusiya Qurultayında (Kazan, iyul 1917) ruhanilərin rolunun məhdudlaşdırılmasına qarşı çıxdı. 1917-ci ilin oktyabrında Ufa quberniyasının müxtəsibi seçildi və Millət Məclisi və Milli İdarəsinin müavini vəzifəsində çalışdı. 1920–30-cu illərdə Müfti Rizaəddin Fəxretdinovun (1859–1936) çevrəsində (Qəbdrəhman Göməri (1867–1933), Müxlisə Buby (1869–1937) ilə birlikdə) Dini İdarənin üzvü kimi fəaliyyət göstərmişdir. Onun fəlsəfi məqalələri 1924–1927-ci illərdə Ufada nəşr olunan "İslam məcəlləsi" jurnalının səhifələrində dərc olunub. 1923-cü ildə Z. Kamali Daxili Rusiya və Sibir Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin qazisi seçildi (1926-cı ildə təkrar seçilir). O, müsəlmanların milli dirçəlişini və dinin də daxil olmaqla ictimai həyatın demokratikləşməsini müdafiə edir. 1920-ci illərdə cənnət, cəhənnəm, Qiyamət günü və müqəddəslərə ibadət inanclarını tənqid edən bir sıra radikal məqalələr dərc etdi. Beləliklə, o, "İslamı sosiallaşdırmaqla" onu totalitar rejim altında xilas etməyə çalışdıhttps:/БОЛГАРСКАЯ ИСЛАМСКАЯ АКАДЕМИЯ| https://bolgar.academy/z-kamali . O, totalitar rejim dövründə İslamı xilas etməyə çalışdı. Lakin İslam təlimlərini "sosiallaşdırmaq" cəhdləri belə Kamalini dini liderlərə qarşı yeni repressiya dalğasından xilas edə bilmədi. 1936-cı ildə əks-inqilabi fəaliyyət ittihamı ilə həbs edildi və yeddi il həbs cəzasına məhkum edildi. Samara həbsxanasında öldü. 1956-cı ildə bəraət aldıМ. Н. Фархшатов|Камали, Зия|https://islamology.ru/content/камали-зия/ .

Əsərləri Fəlsəfi İslam (4 cild) Dini Hadisələr Allahın ədaləti Qurani-Kərimin tərcüməsi (çapdan çıxmışdır) Qurani-Kərimin göstərişləri (çapdan çıxmışdır) Dini Məktəb və Mədrəsələrimiz (çapdan çıxmışdır)

İstinadlar

Ədəbiyyat Камалов Т. Р. Зия Камали: мыслитель, просветитель, религиозный деятель. — Казань, 1997. Юнусова А. Б. Ислам в Башкортостане / Под ред. А. В. Малашенко. — М.: Логос, 2007. Роль творчества Мажита Гафури в развитии литературы и культуры народов России (к 140-летию содня рождения первого народного поэта Башкортостана Мажита Гафури): Материалы Всероссийской научно-практической конференции (г. Уфа, 2020 г.) — Л. М. Камали. Дом Зии Камали — историко-культурное наследие Башкортостана, 84–91 с. — Уфа:Самрау, 2020 ISBN 978-5-6044375-6-8 Гөлнур Ҡыуатова. Кем ул Зыя Камали? — "Йәшлек" гәзите, Наил Ғәйетбай менән интервью. 2021, 30 июль, 30-сы һан Ергин Ю. В. ЗИЯ КАМАЛИ — ОСНОВАТЕЛЬ МЕДРЕСЕ "ГАЛИЯ": ТРАГИЧЕСКИЕ 30-е ГОДЫ. Уфа: ВЭГУ,2011 Камалов, Т. Р. Зия Камали: мыслитель, просветитель, религиозный деятель [Текст] / Т. Р. Камалов. — Казань : Иман, 1997. Тузбекова, Л. С. Медресе "Галия" (1906–1919) [Текст] / Л. С. Тузбекова. — Уфа : УГЭС, 2007. ЦГИА РБ. Фонд Р4767. Оп.1, дела 1–67. Архивная коллекция документов "Воспитанники медресе "Галия"" (1906–1917). Зия Камали — просветитель и философ [Текст] // Хусаинов, Г. Б. Духовный мир башкирского народа. — Уфа : Китап. 2003, с.341–359. Кудашева, С. С. Великий просветитель Зия Камали. Начало большого пути [Текст] / С. С. Кудашева. — Уфа : ВЭГУ, 2008. Камалов, Т. Р. Зия Камали о вере и правоверности в Исламе [Текст] // Исламо-христианское пограничие: итоги и перспективы изучений. — Казань :Татар. книжн. изд-во, 1994. — С. 40–50. Тухватуллина, Л. И. Проблема человека в трудах татарских богословов [Текст] / Л. И. Тухватуллина. — Казань: Татар. книжн. изд., 2003. Нигматуллин, А. М. Из истории медресе Галия и несколько слов об организаторе медресе Зия Камали [Текст] // Урал-Алтай: Через века в будущее. Материалы Всероссийской конференции. — Уфа, 2005. — С. 468–469. Кулбахтина, А. З. Зия Камали — основатель новометодного медресе "Галия" [Текст] // Казанская наука : сб. статей. — Казань, 2009.- С. 75–95. Муслимов, А. М. К 100-летию медресе "Галия диния" в Уфе [Текст] // Медина аль-ислам. 2006, № 22. Люди и судьбы. Библиографический словарь востоковедов -жертв политического террора в советский период (1917–1991) / Васильков Я. В., Сорокина М. Ю. — СПБ : Петербургское востоковедение, 2003.

Mənbə Ислам в Среднем Поволжье: история и современность. Очерки. Казань: Мастер Лайн, 2001. Ислам (белешмә-сүзлек) (төзүчесе Заһид Шәфигый). Казан, ISBN 5-298-00949-2

Kateqoriya:SSRİ-də güllələnənlər Kateqoriya:RSFSR-də güllələnənlər Kateqoriya:Güllələnənlər Kateqoriya:SSRİ-də repressiya qurbanları Kateqoriya:İslam alimləri Kateqoriya:Tatar alimlər Kateqoriya:SSRİ-də ölümündən sonra bəraət alanlar