thumb|upright=0.91|Toda qəbiləsinə məxsus olan koma — Hindistan
Koma, daxma, barak, budka və ya köşk — adətən sığınmaq üçün nəzərdə tutulmuş sadə və kiçik tikililər. Müasir dövrdə isə tualet, mühafizə və bu kimi məqsədlərlə hazırlanan daha nizamlı konstruksiyalar üçün "budka" (və ya köşk) ifadəsi də işlədilir.
Bu tikililərin inşasında ərazidə tapılan materialların növündən asılı olaraq müxtəlif və ucuz vasitələrdən istifadə oluna bilər. Məsələn; buz, dəri, quş lələyi, saman, palma yarpaqları və ya palçıqdan sürətli şəkildə komalar düzəltmək mümkündür. Daimi yaşayış və ya konkret bir fəaliyyət üçün nəzərdə tutulan strukturlarda isə metal və taxta kimi materiallar daha sistemli şəkildə yerləşdirilir.
Bu tikililər çox vaxt müvəqqəti sığınacaq məqsədilə qurulsa da, bəzi qəbilələr həyatlarını daxma tipli bu cür evlərdə keçirirlər.Oxford English Dictionary Second Edition on CD-ROM (v. 4.0) © Oxford University Press 2009
Tarix
Koma əlverişsiz hava şəraitindən və vəhşi heyvanlardan mühafizə olunma üsullarının — külək sipərləri (küləkdən mühafizə olunmaq üçün nəzərdə tutulmuş xüsusi çəpərlər) və ya mağara kimi sığınacaqların — sonrakı inkişaf mərhələsini təşkil edir. Komalar ilkin olaraq çöl ərazilərində meydana çıxmış və funksional baxımdan soyuq iqlimli regionlar üçün səciyyəvi olan yeraltı yaşayış tikililəri ilə oxşarlıq təşkil etmişdir. Bataqlıq ərazilərdə komaların yerləşdirilməsi üçün su səviyyəsindən yuxarıya qaldırılmış dirəklər üzərindəki platformalardan və ya torpaq bəndlərdən istifadə olunmuşdur.
İlk komalar ən sadə günbəzvari formaya malik olmuş və budaqlarla kollardan inşa edilmişdir. Cəmiyyətin inkişafı ilə əlaqədar olaraq bu tikililərin forması da dəyişmiş, əvvəlcə konusvari, daha sonra isə dördbucaqlı struktura keçmişdir. Komanın damının forması da iki maili (ikiyamaclı) damla əvəz edilmiş və bu proses nəticəsində komanın ümumi görünüşü tədricən müasir yaşayış evinə yaxınlaşmışdır.
Koma növləri
Rondavel — Mərkəzi və Cənubi Afrika Mokhoro — Mərkəzi və Cənubi Afrika Alaçıq — Mərkəzi və Şimali Asiya Tipi — Mərkəzi Şimali Amerika Tule hut — Sahilyanı Şimali Amerika, Qərb sahilləri, Şimali Kaliforniya Cabana Kabano Hytte — Norveç Barracks İqlu Quinzhee Burdei — Ukrayna, Kanada Quonset
Qalereya
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Komalar Kateqoriya:Bina növləri Kateqoriya:Xalq memarlığı Kateqoriya:Daşınan əmlak Kateqoriya:Hindi memarlığı