Bachelor of Arts (qısaca: BA və ya AB) — universitet səviyyəsində verilən akademik bakalavr dərəcəsi. Bu dərəcə Liberal sənət təhsili, təbiət elmləri və ya hər ikisini əhatə edən bakalavr proqramını bitirən tələbələrə verilir. Sənət (humanitar elmlər) istiqamətli bakalavr proqramları ölkədən, müəssisədən və seçilən əsas (major) və ya köməkçi (minor) ixtisaslaşmadan asılı olaraq, adətən üç və ya dörd il davam edir.

Diplomlarda adətən təhsil müəssisəsinin adı, müəssisə rəsmilərinin imzaları (adətən universitetin prezidenti və ya rektoru, həmçinin müvafiq fakültənin dekanı), verilən dərəcənin növü və verilmə tarixi qeyd olunur. Diplomlar adətən yüksək keyfiyyətli kağız və ya perqament üzərində çap edilir; ali təhsil müəssisələri öz dərəcələri üçün üstünlük verilən abbreviaturanı (qısaltmanı) özləri müəyyən edirlər.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Avropa İttifaqında təhsil Kateqoriya:Bakalavr Kateqoriya:Elmi dərəcələr Kateqoriya:Liberal sənət təhsili