Pir Hüseyin türbəsi, Cəfərabad türbəsi, Pir Hüseyn sərdabəsi və ya Əmir Səəd məqbərəsi — Ermənistan'in Zəngibasar mahalında, Zəngibasar rayonunun mərkəzi olan Uluxanlı qəsəbəsindən 14 km şimalda, İrəvan şəhəri yaxınlığında yerləşən Cəfərabad kəndində (indiki Arqavand) qırmızı tuf daşdan inşa edilmiş səkkiztinli türbə.И. Шопен – Исторический памятник состояния армянской области к эпоху ее присоеденения к Российской империи, С-п., 1852, стр. 266 – 267Ə. Ələkbərli – Qərbi Azərbaycan abidələri, Bakı, 2007, Nurlan, səh 200 XV əsrə aid müsəlman abidəsi.İbrahim Bayramov. "Qərbi Azərbaycan: tarixi həqiqətlər və ya Ermənistanın etnik təmizləmə siyasəti". Bakı, "Şərq-Qərb", 2012. səh.274 Türbədə əsas Qaraqoyunlu tayfalarından biri olan Saadlu (Səədli) türk tayfasının başçısı, Çuxur Sədin ilk hakimi Əmir Saad dəfn edilmişdir.

Xüsusiyyətləri Qaraqoyunlu əmirinin sərdabəsi üzərində ucaldılan türbənin hündürlüyü 12 metrdir.С. А. Мамедов – Азербайджан по источникам XV – первой половины XVIII вв., Баку, 1993, стр. 138 – 140 Türbəni yuxarıdan kəmərvari əhatə edən 22 metr uzunluğunda ərəbdilli kitabədə Çuxursəd vilayətinin Saadlu türk tayfasından olan əmirləri Pir Hüseyin və Əmir Səədin (1411 – ci ildə vəfat etmişdir) adları çəkilmişdir. Başqa sözlə kitabədə yazılıb ki,

"Mərhəmətli və bağışlayan Allahın adı ilə! Allah ... Allahdan başqa Allah yoxdur, diri (və ya) həqiqi. Nə yuxu, nə də mürgü onu tuta bilməz. Göylərdə və yerdə olan hər şeyə sahibdir. Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir və bunları qorumaq onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur!

Bu mübarək türbə ən böyük, nəcib, səxavət və lütf sahibi, şahlar və sultanların dəstəkçisi, zəif və kasıbların sığındığı, elm adamlarının qəyyumu və elm axtaranlara, yoxsullara kömək edən , dövlətin və imanın izzəti, mərhum Böyük Əmirin – ən mərhəmətli Əmir Saadın oğlu Əmir Pir-Hüseyn əmri ilə hicri 816 – cı il rəcəb ayının 15 – də (miladi 1413 – cü il, 11 oktyabrƏ. Ələkbərli – Qərbi Azərbaycan, II cild, Zəngibasar, Gərnibasar və Qırxbulaq mahalları, Bakı, 2002, səh 139) ucaldıldı... Allahın rəhmi ona olsun ... Böyük sultan, ən səxavətli Xaqan, Şərqdə və Qərbdə sultanlar sultanı, dövlətin və imanın köməyi, Pir Budaq xan və Yusef Noyonun hökmranlığı ilində ... Allah onların gücünü əbədi etsin!" М. С. Неймат – Корпус эпиграфических памятников Азербайджана, т. 3, Баку, 2001, стр. 174Папазян А. Д.- Арабская надпись на гробнице туркменских эмиров в селе Аргаванд. Издательство восточной литературы,год 1962

Ümumi məlumat Qırmızı tuf daşından tikilmiş türbənin hündürlüyü günbəzsiz 12 m-dir. Günbəzin karnizinin altında 22 metr uzunluğunda, ərəb dilində, süls elementli nəsx xətti ilə Qurandan Bəqərə surəsinin 256-cı ayəsi yazılmış, abidənin Pir Hüseynin əmri ilə hicri tarixlə 816-cı (miladi 1413-cü) ildə tikildiyi göstərilmişdir.

Bir neçə il öncə erməni katolikosu və erməni alimləri Türkmənistandan alimləri dəvət edərək, türbənin erməni və türkmən xalqlarının memarlıq abidəsi olduğunu elan etmişlər. Halbuki abidənin nə türkmənlərlə, nə də ermənilərlə əlaqəsi var. Belə ki, indi Ermənistan adlanan tarixi Azərbaycan ərazisində, o cümlədən Pir Hüseyn sərdabəsinin yerləşdiyi Cəfərabad kəndində türkmənlər yaşamamışlar. Pir Hüseyn sərdabəsi yalnız azərbaycanlılara məxsus tarixi abidədir.

Abidənin yanında quraşdırılmış lövhədə türbənin Qaraqoyunlu türkmənlərinə aid olması barədə məlumat verilir. Eyni zamanda, əsas stenddə türbənin türkmənlərin tarixi irsi olduğunu göstərir.

Şəkillər

İstinadlar

Həmçinin bax

Pir Hüseyin xanəgahı Göy məscid Sərdar sarayı

Kateqoriya:Azərbaycan türbələri Kateqoriya:Zəngibasar abidələri Kateqoriya:İrəvan abidələri Kateqoriya:İslam memarlığı Kateqoriya:İrəvan tikililəri