12 mart Memorandumu () — 12 mart 1971-ci ildə Türkiyə Silahlı Qüvvələri komandanlığının Prezident Cövdət Sunaya memorandum göndərərək, 32-ci Türkiyə hökumətini istefaya məcbur etməsi.

Memorandumu o vaxtkı Baş Qərargah rəisi general Məmduh Tağmaç, Quru Qoşunları Komandanı general Faruk Gürlər, Dəniz Qüvvələri Komandanı admiral Cəlal Əyicəoğlu və Hərbi Hava Qüvvələri Komandanı general Muhsin Batur imzalayıb.

Ordunun ölkədə terrorizmi dayandıra bilməməkdə günahlandırdığı hökumət, bu memorandumdan sonra istefa verdi. Baş nazir olmasına razılıq verilən Kocaelidən CHP millət vəkili Nihad Erim partiyasından istefa verərək, 26 mart 1971-ci ildə "neytral baş nazir" olaraq hökumət qurdu. 1961-ci il Konstitusiyasında, xüsusən də fundamental hüquq və azadlıqları təmin edən müddəalarda dəyişikliklər edildi.

Memorandumdan öncə Milli Demokratik İnqilab Türkiyədə 1970-ci illərdə sosialist inqilabının hərbi müdaxilə yolu ilə əldə edilməsi ideyası "12 mart Memorandum"u prosesində mühüm rol oynadı. "Milli Demokratik İnqilab" ideyası Doğan Avcıoğlunun rəhbərlik etdiyi Yön və Devrim jurnallarında müdafiə olunurdu.

Doğan Avcıoğlunun yazı və kitabları ordudakı bəzi gənc zabitlər tərəfindən qəbul edilirdi. Müxtəlif xunta planları hazırlanır və Muhsin Batur və Faruk Gürlər potensial liderlər kimi görünürdülər. Lakin, Faruk Gürlər və Muhsin Batur bu planlarda iştirak etməyərək, "12 Mart memorandumu"ndan sonra Milli Demokratik İnqilabı dəstəkləyən solçu zabitləri təmizlədilər.

Qanlı Bazar

16 fevral 1969-cu ildə, tarixə Qanlı Bazar günü kimi düşən gündə 76 gənclik təşkilatı ABŞın 6-cı Donanmasının İstanbulda lövbər salmasına etiraz olaraq Taksim meydanına doğru yürüş etmək üçün Bəyazid meydanında toplaşdı. Nümayişçilərə daş, çubuq və bıçaq tutan sağçı qruplar hücum etdi.

Mehmet Şövkət Eyqi kimi yazıçıların təhriki ilə Antikommunist Dərnəyi və Milli Türk Tələbə Birliyinin rəhbərliyi ilə keçirilən bu hadisələrdə iki gənc işçi - Əli Turqut Aytaç və Duran Ərdoğan bıçaqlanaraq öldürüldü, təxminən 200 nəfər yaralandı.

20 may 1969-cu il 1969-cu ilin mayında 218 nəfərin imzası ilə 27 may çevrilişi ilə hüquqlarını itirən DP üzvlərinin siyasi hüquqlarının bərpasını nəzərdə tutan konstitusiya dəyişikliyi təklifi Parlamentə təqdim edildi. Uzun illərdir iki siyas lider arasında: İsmət İnönü və Cəlal Bayarın mübahisəsi, 14 may 1969-cu ildəki görüş nəticəsində bitdi. CHP artıq DP üzvlərinin hüquqlarının bərpasını nəzərdə tuturdu və hətta İnönü özü bu ideyanı dətəkləyirdi. Lakin, 16 martda Məmduh Tağmaçın Baş Qərargah rəisi olduğu Ankaradakı Baş Qərargahda, Bayar və onun silahdaşlarının siyasi hüquqlarının bərpasına qarşı bir plan hazırlanırdı.

ABŞ Dövlət Departamentinin sənədlərinə görə, 19 may 1969-cu il axşamı Ankaradakı Mərkəzi Kəşfiyyat İdarəsinin rəsmisi tərəfindən Vaşinqtona göndərilən mesajda Türkiyə Silahlı Qüvvələrinin müdaxiə etmək qərarını 16 mayda verdiyi deyilirdi. Həmin gün Prezident Sunay Baş Qərargah rəisi və silahlı qüvvələrin komandanları ilə uzun bir görüş keçirmişdi. Bu görüşdən sonra ordunun konstitusiyaya dəyişikliyi qəbul etmədiyi qəzetlərdə əksini tapmışdı.

İnönü 20 mayda Prezident Cövdət Sunaya məktub yazdı. Çevrilişə qarşı çıxan İnönü məktubda bunları bildirirdi:

Süleyman Dəmirəl də həmin gün partiyasının qrup iclasında çıxış edərək "Ordu memorandum imzalamadı" deyərək, əlavə etdi:

Nəticədə, konstitusiya dəyişikliyi təklifi bir neçə gün sonra, geri çəkildi və daha sonra ümumi seçkilər keçirildi. Süleyman Dəmirəlin rəhbərliyi altında Ədalət Partiyası 1969-cu il Türkiyə ümumi seçkilərində böyük uğur qazandı və təkbaşına hakimiyyəti bərpa etdi. Bayar və həmkarlarının 27 may hərbi çevrilişi ilə itirdiyi siyasi hüquqları 1970-ci illərin ortalarına qədər bərpa edilmədi.

12 oktyabr 1969-cu il seçkiləri 12 oktyabrda keçirilən ümumi seçkilərdə Türkiyə Böyük Millət Məclisinin XIV çağırış millət vəkili seçildi. Ədalət Partiyası səslərin 46,55%-ni toplayaraq Məclisə 256 millət vəkili göndərərək hakim partiya oldu və Süleyman Dəmirəl Baş nazir oldu. 143 millət vəkili ilə Cümhuriyyət Xalq Partiyası əsas müxalifət partiyası oldu.

15-16 iyun hadisələri 1970-ci ildə iş həyatı və həmkarlar ittifaqı qanunvericiliyini tənzimləyən 274 saylı Əmək Qanununa və 275 saylı Həmkarlar İttifaqları Qanununa dəyişiklik edən qanun layihəsi əvvəlcə Milli Məclis, daha sonra isə Ədalət Partiyası və Respublika Xalq Partiyasının dəstəyi ilə Senat tərəfindən qəbul edildi. Dəyişikliklər işçilərin həmkarlar ittifaqı seçmək azadlığını əhəmiyyətli dərəcədə məhdudlaşdırdı ki, bu da həmkarlar ittifaqlarının dəyişdirilməsini daha da çətinləşdirdi. Qanun layihəsi 11 iyun 1970-ci ildə Prezident Cövdət Sunayın təsdiqi ilə qüvvəyə mindi.

Qanun layihəsi qəbul edildikdən sonra, işçilərin TÜRK-İŞ-dən DİSK-ə axınının qarşısının alınması hədəflərdən idi. DİSK və onunla əlaqəli həmkarlar ittifaqları yeni qanunu dəstəkləmədilər. Türkiyə İşçi Partiyası yuxarıda qeyd olunan hüquqi düzəlişləri Konstitusiya Məhkəməsinə aparacağını və onların ləğvi üçün iddia qaldırdığını açıqladı.

15 iyun 1970-ci ildə DİSK həmkarlar ittifaqı üzvləri və liderlərinin reaksiyaları, İstanbulun əsas mərkəzlərinə doğru yürüşləri ilə yeni mərhələyə qədəm qoydu. Nümayişlərdə bir çox fabrikdən təxminən 75.000 işçi iştirak etdi. Etirazlar əsas etirazçıları DİSK üzvü işçiləri olsa da, çox sayda TÜRK-İŞ işçisi də kütləvi şəkildə yürüşlərə qoşuldu. İlk günün axşamı Nazirlər Şurası 60 günlük fövqəladə vəziyyət elan etdi. DİSK və ona bağlı həmkarlar ittifaqlarının bir çox lideri həbs edildi və mühakimə olundu. Kadıköydə baş verən hadisələrdə 2 işçi, 1 polis və 1 dükan sahibi öldürüldü. 16 iyunda Ankara, Adana, Bursa və İzmirdə də kiçik hadisələr baş verdi.

Tələbə etirazları Siyasi böhran və həmkarlar ittifaqlarının hərəkətləri, eləcə də universitetlərdə tələbə etirazları hərbi müdaxilə prosesində rol oynamışdır. Solçu universitet tələbələri hökumətin siyasətini sərt tənqid edərək, "Türkiyəni Amerika asılılığından azad edəcəklərini" iddia edirdilər.

4 mart 1971-ci ildə universitet tələbəsi Dəniz Gəzmiş və dostları tərəfindən dörd Amerika əsgərinin qaçırılması və fidyə tələbi, ordunun hakimiyyəti ələ keçirməsinə səbəb olacaq qədər əhəmiyyətli bir tələbə hadisəsi hesab edildi. Milli Kəşfiyyat Təşkilatının (MİT) müşaviri Fuad Doğu, gənclərin etirazlarının mərkəzi olan Orta Şərq Texniki Universitetinin (ODTÜ) bağlanmalı, solçu müəllim heyəti təmizlənməli və hadisələr davam edərsə, ordunun hakimiyyəti ələ keçirəcəyi barədə prezident Cövdət Sunaya nota göndərdi. 5 mart səhəri ODTÜ minlərlə polis və əsgər tərəfindən mühasirəyə alındı. ODTÜ-yə girməyə çalışan təhlükəısizlik qüvvələri ilə tələbələr arasında baş verən qarşıdurma nəticəsində Mövlud Meriçin öldürülməsi Türkiyə Silahlı Qüvvələri daxilində böyük reaksiyaya səbəb oldu. Baş Qərargah rəisi general Məmduh Tağmaç deyirdi: "Türk olduğunu iddia edənlərin Yaxın Şərq Texniki Universitetində türk əsgərlərinə atəş açması Türkiyə Silahlı Qüvvələrində nifrət oyadıb". 12 mart Memorandumundan öncə baş verən bu hadisə ölkənin gündəmini xeyli məşğul etdi.Yasin Coşkun "12 Mart 1971 Muhtırasının İngiliz Arşiv Belgelerindeki Yansıması ". thumb|right|Camal Madanoğlu

9 mart 1971-ci il hərbi çevrilişə təşəbbüs 9 mart 1971-ci ildə Türkiyə Silahlı Qüvvələri daxilində komandanlıq zəncirindən kənarda çevriliş cəhdi baş verdi. Mahir Qaynaq və Mehmed Eymür də daxil olmaqla Milli Kəşfiyyat Təşkilatının üzvləri Baş Qərargah rəisi general Məmduh Tağmaça və 1-ci Ordunun komandanı general Faiq Türünə vəziyyət barədə məlumat verdikdən sonra planlaşdırılan çevriliş baş tutmadı.

Bu hadisədən sonra Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri 10 mart 1971-ci ildə Ankarada iclas keçirərək, 12 mart 1971-ci ildə hökumətə "memorandum" təqdim etmək qərarına gəldilər. Memorandum Memorandum, 12 mart 1971-ci idə, saat 13:00-da TRT radio stansiyalarında oxunan bəyanatla elan edildi. Baş Qərargah rəisi general Məmduh Tağmaç, Quru Qoşunları komandanı general Faruk Gürlər, Hərbi Hava Qüvvələri komandanı general Muhsin Batur və Hərbi Dəniz Qüvvələri komandanı admiral Cəlal Əyicəoğlunun imzası olan memorandum aşağıdakı kimi idi:1. Parlament və Hökumət davam edən münasibət, baxış və hərəkətləri ilə ölkəmizi anarxiya, qardaş qırğını və sosial-iqtisadi iğtişaşlara sürükləyib; nəticədə ictimaiyyətin Atatürkün müəyyən etdiyi müasir sivilizasiya səviyyəsinə çatmaq ümidini itirməsinə səbəb olub və Konstitusiyada nəzərdə tutulan islahatları həyata keçirilməyib, Türkiyə Respublikasının gələcəyini ciddi təhlükəyə altına düşüb.

2. Türk milləti və onun qoynundan çıxan Silahlı Qüvvələrinin bu ağır vəziyyətlə bağlı xalqın kədər və ümidsizliyini aradan qaldırmaq üçün həll yolları tapması, bu həll yollarını Parlament daxilində qərəzsiz şəkildə qiymətləndirməsi, mövcud anarxik vəziyyəti həll etmək üçün demokratik qaydalar çərçivəsində güclü və etibarlı bir hökumətin qurulması, Konstitusiyada nəzərdə tutulan islahatları Atatürkçü bir perspektivlə həyata keçirməsi və inqilabi qanunları tətbiq etməsi zəruri hesab olunur..

3. Əgər bu məsələ tez bir zamanda həll olunmazsa, Türkiyə Silahlı Qüvvələri, Türkiyə Respublikasını qorumaq üçün qanunla onlara verilən vəzifəni yerinə yetirərək birbaşa administrasiyanı ələ keçirəcəkdir..

Diqqətinizə. Memorandumdan sonra Memorandumdan sonra 9 mart 1971-ci il çevriliş cəhdində iştirak edən zabitlər öncə təqaüdə göndərildi, sonra Süleyman Dəmirəlin rəhbərliyindəki Ədalət Partiyası (AP) hökuməti istefa verdi. Nihad Erim tərəfindən bitərəf "islahat hökuməti" quruldu. Aprel ayında altı əyalətdə hərbi vəziyyət elan edildi. Solçu təşkilatlara qarşı "Balyoz" əməliyyatı başladıldı. 1971 və 1973-cü illərdə 1961-ci il Konstitusiyasının liberal xarakterini ciddi şəkildə zəiflədən konstitusiya dəyişiklikləri edildi. Orduda təmizləmələr Memorandumu imzalayan Baş Qərargah rəisi general Məmduh Tağmaç, 9 mart 1971-ci il çevriliş cəhdində iştirak edən bütün zabitləri, əsasən general-mayor Cəlil Gürkan rütbəsində olanlar istisna olmaqla, məcburi şəkildə təqaüdə göndərdi. 1-ci Ordunun komandanı general Faiq Türün də bu cəhdlə bağlı adları hallanan Devrim qəzetinin yazarları Milli Kəşfiyyat Təşkilatı vasitəsilə Zivərbəy köşkündə dindirildi. Bu dindirmələr Quru Qoşunları Komandanı general Faruk Gürlər və Hərbi Hava Qüvvələri Komandanı general Muhsin Baturun öncə 9 mart hərəkatını dəstəklədiklərini, lakin kəşfiyyat məlumatları Baş Qərargah rəisi Tağmaça çatdıqdan sonra dəstəklərini geri çəkdikləri önə çəkildi. Reformasiya hökuməti thumb|right|Nihad Erim 12 mart tarixli hərbi memorandumdan sonra parlament buraxılmadı, partiyalar qadağan edilmədi və konstitusiya hərəkatı dayandırılmadı. Buna baxmayaraq, vəziyyət xeyli dəyişmişdi. Hərbiçilər texnokratik hökumət istəyirdilər. Əgər tərəfsiz baş nazir Parlament daxilindən çıxıb etimad səsi ala bilsəydi, problem olmazdı. Bu səbəbdən tərəfsiz bir parlament üzvü axtarışına başlandı. Kocaelidən olan CHP millət vəkili Nihad Erimə qaərar verildi.

Erim CHP-dən istefa verdi. O, hökuməti 26 mart 1971-ci ildə qurdu. Beləliklə, indi müstəqil baş nazir Erim "reformasiya hökuməti"ni qurdu. Erim baş nazir olduqdan sonra CHP lideri İsmət İnönü Erim hökumətini dəstəklədiyini açıqladı. Hökumətin 27 üzvündən 15-i parlament xaricindən idi. Solçulardan dəstək Mətndə "Atatürkün bizə verdiyi məqsəd" kimi ifadələrə görə memorandum əvvəlcə Milli Demokrat İnqilabçılar (Doğu Perinçək və Mihri Belli kimi şəxslər də daxil olmaqla) kimi solçu dairələr və Mahir Çayanın təsir etdiyi DEV-GENÇ, TÖS, DİSK və Hikmət Qıvılcımlı kimi qruplar tərəfindən dəstəkləndi. Konstitusiya dəyişiklikləri