Yarı akustik gitara — Gitara ailəsinə aid simli musiqi aləti. 1930-cu illərdə hazırlanmış bir növ elektrik gitara səs qutusuna, həm də bir və ya daha çox elektrik səsgücləndiricisinə malikdir.
1930-cu illərdə gitaraçılar və istehsalçılar, xüsusən də böyük orkestrlərdə və caz qruplarında digər alətlərlə səs baxımından rəqabət aparmaqda çətinlik çəkən gitaraların ümumi səsini artırmağa çalışırdılar. Bu istehsalçıları gitaranı dinamik vasitəsilə elektriklə gücləndirməyə yönəlmiş bir neçə dizayn yaratmağa sövq etdi. 1936-cı ildə Gibson şirkəti ilk elektrik gitara dəstini buraxdı. ES-150 (Elektrik İspan Seriyası) kimi tanınan bu gitaralar ilk yarı akustik gitaralar idi. Gibson mühəndisləri onları gitaranın səs qutusunun üzündə iki uzunsov F formalı dəlik olan standart arxtop dizayndan istifadə edərək qurdular. Bu model o dövrdə məşhur olan ənənəvi caz gitaralarına bənzəyirdi. Akustik gitaralar kimi, gitaradakı səs qutusu da səsin boş gövdədən çıxmasına imkan verirdi. Lakin, bu gitaraların səsi, titrəyən simlərin enerjisini elektrik siqnalına çevirən tək spirallı maqnit səsgücləndirici olan Çarli Kristian səsgücləndirsi istifadə edərək elektriklə gücləndirilə bilərdi. Səsgücləndiricilərin təmiz səsi dərhal ES seriyasını caz musiqiçiləri arasında populyar etdi. İlk yarı akustik gitaralar tez-tez akustik gitaralardan tam elektrik modellərinə keçiddə təkamül mərhələsi hesab olunur.
İstinadlar
Kateqoriya:Simli musiqi alətləri Kateqoriya:Gitara Kateqoriya:Elektron musiqi alətləri