Akille Kompanyoni (; ) — italyan alpinist və xizəkçi. O, 31 iyul 1954-cü ildə Lino Laçedelli ilə birlikdə K2 zirvəsinə çatan ilk qrupda yer almışdır.

Bioqrafiyası

Kompanyoni Lombardiyanın Sondrio əyalətindəki Santa Katerina di Valfurvada anadan olub.

Uğurlu K2 ekspedisiyasında Kompanyoninin sonuncu düşərgəni (IX) əvvəllər razılaşdırıldığından daha yüksək bir yerə yerləşdirmək qərarı mübahisə mövzusu oldu. Kompanyoni iddia edirdi ki, Valter Bonatti zirvə üçün nəzərdə tutulmuş oksigen təchizatının bir hissəsini istifadə edib və zirvəyə qalxdıqları gün onun vaxtından əvvəl tükənməsinə səbəb olub. Valter Bonatti isə buna etiraz etdi və 1964-cü ildə İtaliya məhkəmələrində bəraət qazandı.

Bonatti və Hunza alpinisti Əmir Mehdi zirvə cəhdləri üçün Kompanyoni və Laçedelliyə oksigen çatdırmaq üçün yuxarı qalxdılar. Həmin yüksəklikdə oksigen şüşələrinin ağırlığı ilə bu, hər iki şəxsi də taqətdən salan epik bir dırmanış idi. Bonatti və Mehdi, komandanın IX düşərgəni yerləşdirməyə razılaşdığı 7900 metr yüksəklikdədəki "çiyin" nöqtəsinə axşam alaqaranlığında gedib çatdılar. Təəccüblüdür ki, düşərgə orada deyildi. Təşvişə düşən Bonatti və Mehdi, Kompanyoni və Laçedelliyə səsləndilər, onlar da daha yuxarıdakı bir yerdən cavab verərək Bonattiyə balonları orada qoyub aşağı enməyi tapşırdılar. Bonatti, 600 fut uzaqlıqdakı qaranlıqda çətin bir keçid üzərindən işıq saçan baş fənərini görə bildi. Bonatti, Kompanyoni və Laçedellidən düşərgəyə qoşulmalarını xahiş etsə də, fənər qəfildən söndü. Bonatti və Mehdinin davamlı yalvarışlarına baxmayaraq, Kompanyoni və Laçedelli səssiz qaldılar. Bonatti və Mehdi 7900 metr yüksəklikdə açıq havada planlaşdırılmamış bir kamp qurmağa məcbur qaldılar.

İstinadlar

Xarici keçidlər

K2 at 50: The Bitter Legacy Achille Compagnoni – Daily Telegraph obituary

Kateqoriya:26 sentyabrda doğulanlar Kateqoriya:1914-cü ildə doğulanlar Kateqoriya:13 mayda vəfat edənlər Kateqoriya:2009-cu ildə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:İtaliya şəxsləri