Kancira — Hindistanmənşəli zərb musiqi aləti. O, buben ailəsinə daxildir. Cənubi Hindistan musiqisində istifadə edilir. Yüksək səsə malikdir. Nisbətən yeni olsa da, 1930-cu illərdən bəri klassik musiqidə istifadə olunur. Kancira adətən mridanqa ilə birlikdə xalq çalğı alətləri ansamblında ifa olunur.

Alətin membranı kərtənkələ dərisindən hazırlanıb. Bir tərəfi 17–22 sm diametrində və 5–10 sm dərinliyində cekfrut ağacından hazırlanmış taxta çərçivənin üzərinə çəkilib. Digər tərəfi açıq qalıb. Çərçivədə tək bir cüt metal zil var.

İstinadlar

Ədəbiyyat

On the tambourine trail https://archive.org/stream/MusicRes-Periodicals/PAC-TalaVadyaSeminar-2_djvu.txt

Xarici keçidlər

Hidden Drummers of India: Documentary about the kanjira and Carnatic rhythm by Ruairi Glasheen Kanjira.org

Kateqoriya:Zərb musiqi alətləri Kateqoriya:Hindistan musiqi alətləri