upright=0.91|thumb|Midyə-Enoz xətti (qara)

Midyə-Enoz xətti () — 1913-cü ildə Birinci Balkan müharibəsinin sonunda imzalanmış London müqaviləsi ilə Frakiyada qəbul edilmiş, Osmanlı imperiyası ilə Bolqarıstan krallığı arasındakı sərhəd.

Tarixi

Birinci Balkan müharibəsi zamanı Bolqarıstan qüvvələri Vizənin Kıyıköy qəsəbəsini ələ keçirmişdilər. Buranı bir ilə yaxın əllərində saxlayan bolqarlar, daha sonra Çatalcaya qədər irəliləmişdilər. Müharibədən sonra London müqaviləsi imzalanmışdır. Bu müqaviləyə əsasən, Bolqarıstan krallığı ilə Osmanlı dövləti arasındakı sərhəd Midyə-Enoz xətti olmuşdur.

Bu xətt, Qara dəniz sahilindəki Kırklareli vilayətinin Vize rayonuna tabe olan Kıyıköy (o vaxt adı Midyə idi) qəsəbəsi ilə Egey dənizi sahilində Maritsa çayının dənizə töküldüyü yerdə — Ədirnəyə bağlı olan Enoz arasında çəkilən düz xətdir. Bu sərhəd daxilində Osmanlı dövləti Ədirnə, Kırklarəli, Şkoder, Skopye, Saloniki kimi böyük şəhərləri tərk etmək məcburiyyətində qalmışdır.

İkinci Balkan müharibəsi zamanı Osmanlı dövləti 19 iyul 1913-cü ildə İstanbulun təhlükəsizliyini və bolqar idarəçiliyi altındakı türklərə zülm edildiyini əsas gətirərək ordusuna Midyə-Enez xəttini keçmək əmrini vermişdir. Müharibənin gedişində bu xətt etibarsız sayılmışdır. Türkiyə İstiqlaliyyət müharibəsindən sonra ingilislər Türkiyə–Yunanıstan sərhədinin yenidən Midyə-Enoz xətti olmasını təklif etmişdilər. Tarix boyu bir çox sivilizasiyanın himayəsi altında qalmış bu ərazi bir çox dövlət üçün sərhəd rolunu oynamışdır.

İstinadlar

Kateqoriya:Osmanlı imperiyasının sərhədləri