Yunan və Danimarkalı Pyotr (; ) — Yunanıstan şahzadəsi, hərbçi və antropoloq.

Parisdə doğulub böyüdü. Birinci Dünya müharibəsi və İkinci Yunan hökumətinin elan edilməsi səbəbilə, 1935-ci ilədək Yunanıstana ayaq basmadı. Bu müddət zərfində isə ata-baba torpağı olan Danimarkanı tanıdı. 1932-ci ildə hərbi xidmətini də məhz Danimarka Kral birliyində aldı və 1934-cü ildə ikinci leytenant rütbəsi qazandı. Yay aylarını atasının da böyüdüyü Kopenhagen yaxınlığındakı Bernstorf sarayında keçirdi. Paris Universitetində hüquq təhsili aldı və doktorluq dərəcəsinə yüksəldi.

Yunanıstan taxt-tac sıralamasında öndə olsa da, əslən rus olan və zadəgan olmayan dul bir xanımla - İrina Aleksandrovna Ovçinnikova ilə baş tutan evliliyi səbəbilə taxt hüququndan məhrum edildi. Asiyaya etdiyi ilk elmi səfərinin ardından başlayan İkinci Dünya müharibəsində zabit olaraq xidmət etdi. Müharibənin ardından Tibet mədəniyyətini araşdırmaq üçün dəfələrlə Asiyaya səyahət etdi. Xanımının ailəsi tərəfindən qəbul edilməməsi səbəbilə ailəsindən uzaqlaşdı. Ancaq sonrakı illərdə xanımından ayrıldı və ölümünədək Londonda yaşadı. Övladı olmadı. 15 oktyabr 1980-ci ildə Londondakı Milli Nevrologiya və Neyrocərrahiyyə Xəstəxanasında kəllədaxili qanama diaqnozuyla həyatını itirdi. 22 oktyabrda Londondakı Müqəddəs Sofiya kafedralında keçirilən cənazə mərasiminə ailənin mühüm üzvləri, eləcə də dul qalan xanımı qatıldı. Ancaq cənazə 340 gün boyunca dəfn edilmədi. Vəsiyyətinə görə, gələcəkdə xanımının da yanına dəfn olunması şərtiylə, Afinadakı Tatoy sarayında - ailə məzarlığına dəfn edilməyi istədi. Buna baxmayaraq Yunan hökuməti bu təklifi geri çevirdi və nəticədə 25 sentyabr 1981-ci ildə Kopenhagen yaxınlığındakı Bernstorf sarayının həyətinə dəfn olundu. 10 il sonra vəfat edən xanımı da, vəsiyyətinə əsasən yanına dəfn olundu.

Mənbə

Ədəbiyyat

Bertin, Celia (1982). Marie Bonaparte. Paris: Perrin. ISBN 226201602X Bharati, Agrhananda, ed. (1976). Agents and Audiences. Walter de Gruyter. ISBN 3110805847 Hopkirk, Peter (2001). Trespassers on the Roof of the World: The Race for Lhasa. Oxford University Press. ISBN 0192802054 Vickers, Hugo (2000). Alice, Princess Andrew of Greece. London: Hamish Hamilton. ISBN 0-241-13686-5 Brox, Trine and Miriam Koktvedgaard Zeitzen 2016 "Prins Peter, tibetanerne og videnskaben", Tibet, vol. 32(87) Copenhagen: DSTK, 9–16 Brox, Trine & Miriam Koktvedgaard, Zeitzen 2015. “The Third Danish Expedition to Central Asia − 7 Years in Kalimpong”, Transcultural Encounters in the Himalayan Borderlands: Kalimpong as a 'Contact Zone', page 12

İstinadlar

Kateqoriya:Beyin qansızmasından ölənlər Kateqoriya:XX əsr antropoloqları