Əl-Mucəm əs-səğir () — Təbəraninin üç mucəmindən ən kiçiyi və ən qısası.

Əsər "Əl-Mucəm əs-səğir"də Təbərani 1161 müəllimin rəvayətlərini əlifba sırası ilə qeyd etmişdir. Əsərdə həmçinin Təbəraninin müəllimlərinin harada, nə vaxt hədis dinlədikləri və səyahət etdikləri yerlər haqqında əhatəli məlumatlar təqdim edilmişdir. Əsərdə hədislərin səhhətinə dair açıqlamalar, ravilər haqqında məlumatlar və rəvayət formaları da qeyd edilmişdir. "Əl-Mucəm əs-səğir"də Təbərani müəllimlərini üç başlıq altında cəmləmişdir. Bu müəllimlərdən 1154-ünün adını tam olaraq, 3-ünün künyələrini qeyd etmişdir. Son olaraq da hədis aldığı "müəllimələrinin" adlarını qeyd etmişdir.

"Əl-Mucəm əs-səğir" iki cilddən ibarət olub, müxtəlif tarix (1968, 1968, 1983, 1983, 1986 və s.) və yerlərdə (Mədinə, Qahirə, Beyrut və s.) dəfələrlə nəşr edilmişdir. Əsər üzərində müxtəlif tədqiqatlar aparılmış və türk dilinə tərcümə edilmişdir.

Həmçinin bax Əl-Mucəm əl-əvsat Əl-Mucəm əl-kəbir Sünni kitablarının siyahısı

İstinadlar

Kateqoriya:Sünni hədis topluları Kateqoriya:X əsrin ərəb dilində kitabları Kateqoriya:IX əsrin ərəb dilində kitabları