Edvin Ernest Solpiter (; ) — avstriyalı-avstraliyalı-amerikalı astrofizik.

Həyatı

Vyanada yəhudi ailəsində anadan olan Solpiter, yeniyetməlik illərində nasistlərdən xilas olmaq üçün Avstriyadan Avstraliyaya mühacirət etmişdir. O, Sidney Oğlanlar Liseyində (1939–1940), daha sonra isə Sidney Universitetində təhsil almış, 1944-cü ildə bakalavr, 1945-ci ildə isə magistr dərəcəsini qazanmışdır. Həmin il xaricdə təhsil təqaüdünə layiq görülərək İngiltərənin Birminhem Universitetinə yollanmış və 1948-ci ildə ser Rudolf Payerlsin rəhbərliyi altında doktorluq dərəcəsini müdafiə etmişdir. Elmi fəaliyyətinin qalan hissəsini Kornell Universitetində keçirən Salpeter, burada fizika elmləri üzrə Ceyms Gilbert Uayt adına fəxri professor statusuna yüksəlmişdir. O, 26 noyabr 2008-ci ildə İtaka şəhərindəki (Nyu-York ştatı) evində leykoz xəstəliyindən vəfat etmişdir.

Elmi nailiyyətləri

Solpiter fizika və astronomiya sahələrinə geniş spektrli mühüm töhfələr vermişdir. 1951-ci ildə o, ulduzların üçqat alfa prosesi vasitəsilə helium-4-ü birbaşa deyil, berillium-8-in aralıq metastabil vəziyyəti vasitəsilə karbon-12-yə çevirə biləcəyi ideyasını irəli sürdü; bu kəşf ulduzlarda karbonun yaranma mexanizminin izahına kömək etdi. Daha sonra o, Qalaktikada müxtəlif kütləli ulduzların yaranma sürətini ifadə edən ilkin kütlə funksiyasını təyin etdi.

Solpiter 1951-ci ildə Hans Bete ilə birlikdə kvant sahə nəzəriyyəsi çərçivəsində bir cüt fundamental hissəcik arasındakı qarşılıqlı təsirləri təsvir edən və onların adını daşıyan Bete-Solpiter tənliyini təqdim etdikləri iki məqalə yazdı.

1955-ci ildə o, "Solpiter funksiyasını" və ya ilkin kütlə funksiyasını (IMF) kəşf etdi.Salpeter, Edwin (1955). "The luminosity function and stellar evolution". Astrophysical Journal. 121: 161. Bibcode:1955ApJ...121..161S. doi:10.1086/145971. Bu funksiya hər bir kütlə diapazonundakı ulduzların sayının kütlə artdıqca sürətlə azaldığını göstərir.

1964-cü ildə Solpiter və ondan asılı olmayaraq Yakov Zeldoviç, kvazarların (ən parlaq aktiv qalaktika nüvələri) yaydığı nəhəng miqdarda enerjinin mənbəyinin massiv qara dəliklər ətrafındakı akkresiya diskləri olduğunu irəli sürən ilk alimlər oldular.Suzy Collin, Quasars and Galactic Nuclei, a Half-Century Agitated Story , 2006, ALBERT EINSTEIN CENTURY INTERNATIONAL CONFERENCE. AIP Conference Proceedings, Volume 861, pp. 587-595 (2006). Bu, hazırda aktiv qalaktika nüvələrinin və onlarla əlaqəli ekstraqalaktik relyativistik şırnaqların (jetlər) fiziki mənşəyi üçün ən çox qəbul edilən izahdır.Peterson, B. M. An Introduction to Active Galactic Nuclei. 1.ed. Cambridge: Cambridge University Press, 1997

1970-ci illərin əvvəllərində Solpiter müəyyən etdi ki, molekulyar hidrogen və bir çox digər molekul növləri ulduzlararası mühitdə qaz fazasından daha çox, əsasən toz hissəciklərinin səthində formalaşır.

İstinadlar

Xarici keçidlər

Bruce Medal page bio page Oral History interview transcript with Edwin Ernest Salpeter on 30 March 1978, American Institute of Physics, Niels Bohr Library & Archives - interview conducted by Spencer Weart at Newman Laboratory, Cornell University Interviewed by Mark Turin on 12 November 2008 (video) Yervant Terzian, "Edwin E. Salpeter," Biographical Memoirs of the National Academy of Sciences (2009)

Kateqoriya:3 dekabrda doğulanlar Kateqoriya:1924-cü ildə doğulanlar Kateqoriya:Vyanada doğulanlar Kateqoriya:26 noyabrda vəfat edənlər Kateqoriya:2008-ci ildə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:Kral Astronomiya Cəmiyyətinin Qızıl medalı ilə təltif olunanlar Kateqoriya:ABŞ Milli Elmlər Akademiyasının üzvləri Kateqoriya:London Kral Cəmiyyətinin əcnəbi üzvləri Kateqoriya:Kornell Universitetinin müəllimləri Kateqoriya:Leykozdan ölənlər Kateqoriya:Yəhudi alimlər Kateqoriya:Avstraliyadan ABŞ-yə mühacirət edənlər Kateqoriya:Nüvə fizikləri Kateqoriya:Astrofiziklər