Erik Norales () — Honduras futbolçusu.

180 sm boya malik müdafiəçi Hondurasın müxtəlif yığmalarında oynayıb. U-20 və U-23-də özünü yaxşı tərəfdən göstərən Erik əsas komandaya da cəlb olunur. Bunadək U-20-nin heyətində 2005-ci ildə Hollandiyada baş tutan dünya birinciliyinin final mərhələsində də oynayıb. Burada 13 matça 2 qol vuran futbolçu 2008-ci ildə Pekində keçirilən Yay Olimpiya Oyunlarında və bu il təşkil olunan KONKAKAF "Gold Cup" turnirlərində əsas yığmanın şərəfini qoruyub. Özü də komandasını Pekinə məhz Norales çıxarıb. O, Olimpiya Oyunlarının seçmə mərhələsinin yarımfinalında oyunsonrası seriyada həlledici zərbəni vurmaqla, Pekinə vəsiqəni təmin edib.

2006-cı ildə "Vida"dan "Deportivo Marafon"a keçmişdir.

Xəzər-Lənkəran klubunun transfer siyahısındadır.

İstinadlar

Xarici keçidlər Honduras yığmasının daha iki oyunçusu "Xəzər-Lənkəran"a gəlir!

Kateqoriya:Honduras futbolçuları Kateqoriya:Honduras milli futbol komandasının oyunçuları Kateqoriya:2008 Yay Olimpiya Oyunlarında futbolçular