Əbu Əmr Abdullah ibn Əhməd ibn Bəşir ibn Zəkvan əd-Dəməşqi (; ) — İbn Amirin iki ravisindən biri. Rəmzi ərəb əlifbasınfakı "م" hərfidir.
Bioqrafiyası Hicri 173-cü (789) ildə Dəməşqdə doğulub. Nisbələri "Bəhrani" və "Qureşi"dir.
O, qiraəti Əyyub ibn Təmimdən öyrənmiş, Vəki ibn Cərrah və başqalarından hədis rəvayət etmişdir. Əbu Davud və İbn Macə öz əsərlərində onun rəvayətlərinə yer vermişlər.
İbn Zəkvan hicri 242-ci (857) ildə Dəməşqdə vəfat etmişdir.
Mənbələrdə onun "Əqsəmül-Quran və cavabuhə" və "Mə yəcibü alə qariil-Quran ində hərəkəti-lisanih" adlı əsərlərin müəllifi olduğu bildirilir.
Həmçinin bax
Hişam ibn Əmmar
İstinadlar