Əbül-Həsən İdris ibn Əbdülkərim əl-Həddad əl-Bağdadi (; ) — on qiraət imamlarından Xələf əl-Bəzzarın iki ravisindən biri. Rəmzi ərəb əlifbasındakı "سه" hərfiləridir.
Bioqrafiyası Hicri 199-cu (814–15) ildə Bağdadda doğulmuşdur. Babalarından kimisə dəmirçilik etməsi və ya dəmir ticarəti ilə məşğul olması səbəbindən ləqəbi "Həddad"dır.
Qirəti Xələf əl-Bəzzardan öyrənmiş və Məhəmməd ibn Həbiş əş-Şəmmunidən də bəhrələnmişdir. O, Əhməd ibn Hənbəl, Yəhya ibn Məin və başqalarından hədis dinləmişdir. İbn Mücahid ondan səma (eşitmə) yolu ilə qiraət öyrənmişdir.
O, hicri 292-ci (905) ildə Bağdadda vəfat etmişdir.
Darəqutni onun "siqa" olduğunu söyləmişdir.
Həmçinin bax İshaq əl-Vərraq
İstinadlar Kateqoriya:Ravilər