Lokomotiv (Bakı) — Azərbaycanda mübarizə aparan qadınlardan ibarət voleybol klubu. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin voleybol klubuna böyük töhfələr vermişdir. 2002-ci ildən etibarən Voleybol üzrə Azərbaycan Superliqasında mübarizə aparır. Komandanın sponsoru "Acıbadem" şirkətidir.sponsorlar

Tarixi "Lokomotiv" Voleybol Klubu, 2008-ci ildə təsis edilmişdirVolleyball — Lokomotiv Baku (Women) . Bu komandanın əsası isə 1998-ci ilə qədər gedib çıxır.

Komanda 2009–2010-cu illər mövsümündə, Azərbaycan Superliqası yarışlarında 2-ci yerə layiq görülmüş və Çağırış Kuboku turnirində çıxış etmək üçün haqq qazanmışdır. 2009–2010 cu illər mövsümündə sözügedən Avropa Çempionatının ilk mərhələsində İsrailin "Raanana" komandasını hər iki oyunun nəticəsinə görə mübarizədən kənarlaşdıran "Lokomotiv", növbəti mərhələdə daha təcrübəli rəqib sayılan, Polşanın "Gvardia Vroclav" Voleybol Komandası ilə başabaş və əzimkar mübarizə aparmağına baxmayaraq, bu dəfə sevinən tərəf Polşa təmsilçisi olmuşdur.

Avropada qazanılan kubok Qarşısına daha böyük məqsədlər qoyan "Lokomotiv", növbəti, 2010–2011-ci illər mövsümündə heyətini Kristin Riçards, Nikol Deyvis, Nensi Metkalf (hər üçü ABŞ) Kremena Kamenova, Mariya Filipova (hər ikisi Bolqarıstan) kimi voleybolçular ilə gücləndirməklə yanaşı, komandaya baş məşqçi qismində, sloveniyalı təcrübəli mütəxəssis Dragutin Baltiçi dəvət etmişdir. Klub rəhbərliyinin apardığı uğurlu transfer siyasəti öz müsbət nəticələrini vermiş, belə ki, 2010–2011-ci illər mövsümündə, Lokomotiv Voleybol Klubu Azərbaycan Çempionatının Super Liqa yarışlarının bürünc mükafatçısı olmaqla yanaşı, həm də, Avropa Çağırış Kubokunda uğurlu çıxışı ilə yadda qalmışdır. Belə ki, sözügedən mövsümdə, Lokomotiv Voleybol Klubu Challange Cup beynəlxalq turnirində Rusiya təmsilçisi Omiçka, Avstriya təmsilçisi Askö Linz Steg, Kipr təmsilçisi Apollon Limassol, və Azərbaycanın güclü voleybol klublarından sayılan İqdisadçı voleybol komandalarını mübarizədən kənarlaşdıraraq, Challange Cup turnirinin final mərhələsinə adlamış, yalnız finalda Azərreylə yenilən "Lokomotiv", sözügedən mötəbər turnirin gümüş medalına layiq görülmüşdür.

2011–2012-ci illər mövsümünü isə "Lokomotiv" Voleybol Klubu sözün əsl mənasında, Avropanın və Dünyanın voleybol aləminə böyük əks-səda salmışdır. Belə ki, komanda, Azərbaycan Çempionatının Super Liqa yarışlarının gümüş medallarına layiq görülməklə yanaşı, həm də, Avropa Çağırış Kuboku (CEV Challange Cup) beynəlxalq turnirində, Xorvatiyanın "ZOK Split", Belçikanın "Gent", Serbiyanın "OK Vizura Beograd", Macarıstanın "Vaşaş Budapeşt", Çexiyanın "VK KP Kralovo Pole Brno" voleybol komandalarını mübarizədənb kənarlaşdıran "Lokomotiv", final mərhələsində Azərbaycan təmsilçisi "Bakı" voleybol klubunu da üstələyərək, sözügedən türnirin qızıl medallarına layiq görülmüş və tarixində ilk dəfə olaraq, Avropa Çağırış Kubokunu başı üzərinə qaldırmışdır. Sonda turnirin Ən Dəyərli Oyunçusu da Dəmiryolçulardan olmuşdu. Komandanın kapitanı Nensi Metkalf göstərdiyi möhtəşəm oyunla layiqli şəklidə bu ada sahib olmuşdu.Nansi Metkalf "Çelenc Cup"ın ən yaxşısı seçildi

İlk dəfə Çempionlar liqasında 2012–2013-cü illər mövsümündə isə, "Lokomotiov" Voleybol Klubu, Avropanın daha mötəbər turniri sayılan və komandaların güc səviyyəsinə görə daha çox fərqlənən CEV Qadınlar Çempionlar Liqası turnirində ilk debütünü etmişdir. Stardaca Lokomotiv uğurlu çıxış edə bilmişdir. Belə ki, Avropanın klublararası çempionatının ən mötəbər yarışması olan CEV Çempionlar Liqasında debüt edən Lokomotiv, qrup mərhələsində Rusiyanın Dinamo Moskva, Polşanın Bank BPS Fakro Muszyna və Serbiyanın Srvena Zvezda kimi güclü klubları arxada qoyaraq, qrup mərhələsini 1-ci yerdə tamamlamış və pley-off mərhələsinə yüksəlmişdir. Yalnız bu mərhələdə avrokuboklarda qəniminə çevrilən Azərreylə məğlub olmuşdu.

Son illər Lokomotiv 2013–14 mövsümündə böyük enişə keçmişdi. Belə ki, bu mövsümdə CEV Kubokunda son səkkizə qala bilməyən komanda"Lokomotiv" tay-brekdə uduzdu Azərbaycan Superliqasında da ilk dördə girənməmiş və pleyoffa da vəsiqə qazana bilməmişdi.Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında XIV turun oyunları keçirilib

Uşaq voleybolu "Lokomotiv " Voleybol Klubu uşaq voleyboluna da böyük diqqət ayırır. Klubun Biləcəri qəsəbəsində yerləşən təlim-məşq bazasında müxtəlif yaş qruplarına bölünmüş, 40-dan çox uşaq və yeniyetmələr voleybolun sirrlərini öyrənir və gələcəkdə yerli idmançıların aşkarlanmasında təcrübəli mütəxəssislər "Lokomotiv" təlim-məşq bazasında gərgin iş aparırlar. Təbii ki, məqsəd təkcə "Lokomotiv" Voleybol Klubuna yerli idmançıları cəlb etmək deyil, həm də Azərbaycan milli komandasına daha çox yerli voleybolçuların cəlb edilməsidir.Klub haqqında

Heyəti

2013–14 mövsümü üçünSquad of "Lokomotiv BAKU" cev.lu Son yenilənmə: 25 aprel 2014 Baş məşqçi : Klaudio Kuello Köməkçi məşqçi : Xanlar Ələkbərov NömrəOyunçunun adıMövqeyiDoğum tarixiÖlkəsi1Gizem GiraygilÖtürücü19862Ariel VilsonBlokçu19893Mariya FilipovaLibero1982 Bolqarıstan4Sa-Nee KimToppaylayıcı1981 Cənubi Koreya5Viera KlimoviçBlokçu1988 Belarus7Valdone Petrauskaite 10pxDiaqonal1984 Litva8Aleksis KrimesBlokçu19869Lauren QibbemeyerBlokçu198811Kassidi LiçtmanHücumçu198913Katarina BarunDiaqonal198914Prisilla RiveraHücumçu1984 Dominikan Respublikası16Aleksandra SamoylovaHücumçu198717Anna QrbaçToppaylayıcı198818Suzana CebiçLibero1985

Uğurları

Ölkədaxili Azərbaycan Superliqası 16px İkincilik (3): 2002–03, 2009–10, 2011–12 Fayl:Med 3.png Üçüncülük (4): 2003–04, 2004–05, 2007–08, 2008–09

Beynəlxalq arenada 16px Çempionlar Liqası Pleyoffçu (1): 2011–12 16px Çağırış Kuboku 16px Çempionluq (1): 2011–12 16px Finalçı (1): 2010–11

CEV turnirlərindəki oyunları Mövsüm Turnir Mərhələ Rəqib I oyun II oyun Qızıl set Nəticə 2009/2010 Çağırış kubokuI mər Raanana VBC(s)3:2(e)3:0 2–0 II mər Impel Gwardia(s)1:3(e)3:2 1–1 2010/2011 Çağırış kubokuII mər Omiçka Omsk(s)2:3(e)3:0 2–01/16 final Linz-Steg(s)3:0(e)3:0 2–01/8 final Apollon Limassol(e)3:0(s)3:0 2–01/4 final Schweriner SC(e)3:0(s)3:2 2–01/2 final Igtisadchi Baku(s)3:0(e)2:3 1–1Final Azerrail Baku(e)1:3(s)1:3 0–2 2011/2012 Çağırış kubokuII mər Vaşaş Budapeşt(s)3:0(e)3:0 2–01/16 final Split(s)3:0(e)3:0 2–01/8 final Vizura Belqrad(e)3:1(s)3:0 2–01/4 final Kralove Pole Brno(s)2:3(e)3:0 1–11/2 final Gent Dames(s)3:0(e)3:0 2–0Final Azəryol Bakı(s)3:2(e)2:3(e)1:0 2–12012/2013CEV Çempionlar LiqasıQrup mər Srvena Zvezda(s)3:2(e)3:0 2–0Qrup mər Dinamo Moskva(e)3:0(s)2:3 1–1Qrup mər Fakro Muszyna(s)3:1(e)3:2 2–01/6 final Azərreyl(s)0:3(e)0:3 0–22013/2014CEV Kuboku1/16 final Kralovo Pole(e)3:0(s)3:0 2–01/8 final Hapoel Kfar Saba(e)3:0(s)3:0 2–01/4 final Muszyna(s)0:3(e)2:3 0–22014/2015CEV Kuboku1/16 final Rote Raben(s)3:0(e)3:1 2–01/8 final Srvena Zvezda(s)3:0(e)3:1 2–01/4 final Dinamo Krasnodar(e)3:0(s)0:3(s)0:1 1–22015/2016CEV Çempionlar LiqasıQrup mər Dinamo Kazan(s)1:3(e)3:0 1–1Qrup mər Azərreyl(e)3:1(s)3:1 2–0Qrup mər Allianz Stuttgart(e)3:0(s)1:3 1–11/6 final Voléro Zürichl(e)3:2(s)1:3 1–1

Həmçinin bax Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti

İstinadlar

Xarici keçidlər "Lokomotiv" Rəsmi Sayt "Lokomotiv" Rəsmi Twitter Səhifəsi ,

Kateqoriya:Lokomotiv Bakı VK Kateqoriya:Əlifba sırasına görə voleybol klubları