Bakı Kamera Teatrı – 1991-ci ildə tanınmış teatr rejissoru, Azərbaycan Respublikasının xalq artisti, professor, Cənnət Səlimova tərəfindən yaradılmış Azərbaycan teatrı.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 sentyabr 2009-cu il tarixli qərarına əsasən Bakı Kamera Teatrı Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrına birləşdirildi və fəaliyyətini dayandırdı.
Tarixi Bakı Kamera Teatrının (BKT) əsası 13 fevral 1991-ci ildə xalq artisti Cənnət Səlimova tərəfindən qoyulmuşdur.
Cənnət Səlimova müsahibələrinin birində teatrın yaradılmasının Bakıda 1990-cı il 20 Yanvar hadisələri dövrünə təsadüf etdiyini, bu səbəbdən prosesin çətin şəraitdə baş verdiyini qeyd etmişdir. O, həmçinin həmin dövrdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olmuş Sənan Əlizadənin teatrın yaranmasına göstərdiyi dəstəyə görə ona minnətdarlığını ifadə etmişdir.
Teatr Şəhriyar adına klubun üçüncü mərtəbəsində, amfiteatr tipli zalda yerləşirdi və teatr fəaliyyətə 23 noyabr 1991-ci ildə C. Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" povesti əsasında hazırlanmış "Məkkəyə yol" tamaşası ilə başlamışdır.
Teatrın yaranması və inkişafında xalq artisti İrina Perlovanın da mühüm rolu olmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 sentyabr 2009-cu il tarixli qərarına əsasən Bakı Kamera Teatrı Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrına birləşdirilmiş və fəaliyyəti dayandırılmışdır.
Fəaliyyəti Teatr iki dildə — Rus və Azərbaycan dilində fəaliyyət göstərirdi. Truppadakı aktyorların əksəriyyəti C. Səlimovanın tələbələri idi. Rus bölməsində hazırlanan tamaşaların quruluşlarını əsasən İrina Perlova verirdi. Teatrın estetikası yığcam bir realist-psixoloji ənənələrə köklənir. Məkanın xüsusiyyətləri Bakı Kamera Teatrının estetikasını tamamlayan amillərdən biri kimi qeyd olunur; səhnə aşağı səviyyədə yerləşir (qədim yunan teatrlarında olduğu kimi), zal isə kiçik və yığcamdır. Kamera teatrının ən səciyyəvi xüsusiyyətləri bunlardır – seçilmiş repertuar, formalaşmış truppa, üstəgəl daimi tamaşaçı.
Bakı Kamera Teatrı 1990-cı illərdə baş verən hadisələrlə bağlı tamaşaçıların marağını artırmaq məqsədilə komediya janrına da müraciət edirdi. Kollektivin səhnəyə qoyduğu J. B. Molyerin "Skapenin kələkləri" (1991) pyesi bu qəbildən idi. Rejissor C. Səlimova "Skapenin kələkləri" pyesi üçün xüsusi hazırlanmış kostyumlar tikdirmişdi.
Sənət ocağı repertuarında klassik dramaturgiya nümunələrinə də geniş yer verirdi. Teatr M. F. Axundzadənin dörd pyesinə müraciət etmişdi. Bakı Kamera Teatrının "Fırıldaqçıların zəmanəsi" adlı tamaşası da müxtəlif əsərləri özündə birləşdirirdi. Rejissor Cənnət Səlimova İlqar Fəhminin səhnələşdirməsi əsasında M. F. Axundzadənin "Hekayəti müsyo Jordan həkimi nəbatat və dərviş Məstəli şah cadukuni məşhur" və "Hekayəti molla İbrahim-Xəlil Kimyagər" komediyaları və C. Məmmədquluzadənin "Ölülər" pyesinin hadisələr sırası birləşdirilərək tamaşa hazırlanmışdı. Tamaşada qanunların işləməməsindən istifadə edərək öz hiylələrini həyata keçirən kələkbazlar tənqid olunurdu.
Bakı Kamera Teatrının diqqət çəkən tamaşalarından biri M. F. Axundzadənin "Hekayəti-xırs-quldurbasan" (9 may 2003-cü il, rejissor: C. Səlimova) komediyası olmuşdu. Kollektiv 2006-cı ildə "Şeyx Sənan" faciəsini səhnəyə qoymuşdur. Bu, teatrın H. Cavid yaradıcılığına ilk müraciəti idi. Tamaşada dinindən, irqindən asılı olmayaraq məhəbbət mövzusu təqdim olunurdu. Rejissor C. Səlimova musiqili fantaziya janrında hazırladığı tamaşada tamaşaçılara sevginin daha üstün olduğu ideyasını təqdim edirdi. Tamaşada müəyyən obrazlar ixtisar edilsə də, bu məqam tamaşanın ümumi ideya həllinə təsir etmirdi.
Teatr eyni zamanda uşaq və yeniyetmələr üçün nəzərdə tutulan Hofmanın "Portağal şahzadəsi" əsərinə müraciət etmişdir. Teatrda əcnəbi müəlliflərin monopyesləri əsasında hazırlanan "Mən Feyerbaxam" (T. Dorst), habelə, Antik dramaturgiya nümunəsi olan Sofoklun "Şah Edip" tamaşası da nümayiş etdirilmişdir.
Teatrın bəzi tamaşalarında janrların sintezi seçilirdi. "Skapenin kələkləri" (komediya balet), "Eskorial" (faciəvi fars-yuxugörmə), "Hekayəti xırs quldurbasan" (musiqili komediya-buf), "Qodo həsrətində" (faciəvi fars), "Albalı bağı" (səhnə fantaziyası) və s.
Kollektiv repertuar siyasətində həm yerli, həm də xarici dramaturgiya nümunələrinin balansını qoruyurdu. Teatr repertuarı "Şirə bənzər" (R. İbrahimbəyov), "Hekayəti-xırs-quldurbasan" (M. F. Axundzadə), "Aydın" (C. Cabbarlı), "Şah Edip" (Sofokl), "Skapenin kələkləri" (J. B. Molyer), "Ruh" (K. Abdulla), "Kabuslar" (E. de. Filippo), "Fırıldaqçıların zəmanəsi" (İ. Fəhmi), "Qodo həsrətində" (S. Bekket), "Don Rafaello Trambonçu" (E. de. Filippo), "Otello" (U. Şekspir), "Şeyx Sənan" (H. Cavid), "Mən Feyerbaxam" (T. Dorst), "Gedda Qabler", "Kabus" (İbsen), "Məkr və məhəbbət" (F. Şiller), "Eskorial" (M. de. Gelderedo), "Albalı bağı" (A. P. Çexov) və digər əsərlərlə zənginləşdirildi.
Teatrda Ş. Hüseynov, L. Vəliyeva, İ. Cahangir, G. Nəbiyeva, N. Vəliyev, S. Məmmədov, K. Hadızadə, S. Ağakişiyeva, İ. Rəşidova və s. aktyorlar fəaliyyət göstərmişdir.
Teatr festival və qastrollarda iştirak edirdi. 2007-ci ildə Ukraynanın Krım vilayətində keçirilən "Bosfor atəşləri" 9-cu Beynəlxalq Antik tamaşalar festivalında aktyor İlqar Cahangir "Şah Edip" tamaşasında yaratdığı baş rola görə "ən yaxşı kişi rolu" nominasiyasına layiq görülmüşdür. N. Vəliyev isə, 2006-cı ildə Rusiya Federasiyası Staraya Russa şəhərində keçirilən Dostoyevski adına Beynəlxalq festivalın laureatı olmuşdur.
2009-cu ildə teatrın Gənc Tamaşaçılar Teatrına birləşdirilməsi repertuar siyasətinə də təsir göstərdi. Kamera Teatrının repertuarında yer almış "Aydın", "Şeyx Sənan", "Hekayəti-Xırs-Quldurbasan", "Məkkəyə gedən yol", "Sərgüzəşti-vəziri-xani-Lənkəran", "Müsyo Jordan və Dərviş Məstəli Şah" və digər tamaşalar Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarına daxil edildi.
Aktyor heyəti
Aydın Dəmirov Gülər Nəbiyeva Güşvər Şərifova İlqar Cahangir İmaməddin Həsənov İradə Rəşidova Kərəm Hadızadə Leyla Cəbiyeva Leyli Vəliyeva Nofəl Vəliyev Seyidşah Məmmədov Simuzər Ağakişiyeva Şəbnəm Hüseynova Şövqi Hüseynov Təhminə Məmmədova Toğrul Rza Vüqar Məmmədəliyev Yusif Dadaşov Zülfiyə Alhüseynova
Teatrın repertuarı Müəllif Tamaşa Rejissor C. Məmmədquluzadə Məkkəyə yol C. Səlimova J. B. Molyer Skapenin kələkləri C. Səlimova R. İbrahimbəyov Şirə bənzər C. Səlimova Q. Qorin IV Kin C. Səlimova M. F. Axundzadə Sərgüzəşti-vəziri-xani-Lənkəran C. Səlimova M. F. Axundzadə Hekayəti-xırs-quldurbasan C. Səlimova M. F. Axundzadə Müsyo Jordan və Dərviş Məstəli Şah C. Səlimova M. F. Axundzadə Hekayəti Molla İbrahim – Xəlil Kimyagər C. Səlimova C. Cabbarlı Aydın C. Səlimova H. Cavid Şeyx Sənan C. Səlimova İ. Fəhmi Fırıldaqçıların zəmanəsi C. Səlimova V. Şekspir Otello C. Səlimova H. İbsen Gedda Qabler İ. Perlova S. Bekket Qodo həsrətində C. Səlimova A. P. Çexov Albalı bağ İ. Perlova G. Fiqeyredo Ezop C. Səlimova O. Kazımi, İ. Fəhmi Axırıncı qatar (İtlər) C. Səlimova E. Hofman Portağal şahzadəsi E. Mirzəyev Sofokl Şah Edip İ. Perlova N. Qoqol Dəlinin qeydləri C. Səlimova T. Dorst Mən Feyerbaxam C. Səlimova Şolom-Aleyhem Mavi yuxular İ. Perlova Puşkin Daş qonaq İ. Perlova K. Abdulla Ruh C. Səlimova F. Şiller Məkr və məhəbbət İ. Perlova M. de. Gelderedo Eskorial İ. Perlova F. Dostoevski Ağ gecələr İ. Perlova Y. Şvarts İfritin kələyi İ. Perlova E. de. Filippo Don Rafaello Trambonçu C. Səlimova
Həmçinin bax Azərbaycan teatrlarının siyahısı Cənnət Səlimova İrina Perlova
Mənbə
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Bakı teatrları