Birləşmiş Krallıq hökuməti - Birləşmiş Krallıq dövlətinin idarə olunmasına cavabdeh olan əsas icraedici qurumdur. Ölkədə qərarların qəbul edilməsi və onların həyata keçirilməsi məhz hökumətin üzərinə düşür. Hökumət parlament sistemi əsasında fəaliyyət göstərir və Baş nazir rəhbərlik edir. Yəni, hökumət birbaşa xalq tərəfindən seçilən Birləşmiş Krallıq Parlamenti qarşısında məsuliyyət daşıyır. Parlamentdə çoxluq qazanan siyasi partiyanın lideri adətən Baş nazir olur və hökuməti formalaşdırır. Formal olaraq ölkənin başçısı monarxdır (kral və ya kraliça). Monarx hökuməti təyin edir və qəbul olunan qanunları təsdiqləyir. Amma bu səlahiyyətlər əsasən rəmzi xarakter daşıyır; real siyasi qərarlar hökumət və xüsusilə Baş nazir tərəfindən verilir.

İstinadlar Kateqoriya:Avropa hökumətləri Kateqoriya:Birləşmiş Krallığın dövlət quruluşu

Kateqoriya:Birləşmiş Krallıq hökuməti Kateqoriya:Birləşmiş Krallıq konstitusiyası