Zeynəb Əhməd qızı Quliyeva () — sovet tütünçüsü. IX çağırış SSRİ Ali Sovetinin deputatı (1974–1979).

Həyatı Zeynəb Quliyeva 1949-cu ildə Ermənistan SSR Basarkeçər rayonunun Daşkənd kəndində anadan olub. Səkkiz illik məktəbi bitirdikdən sonra, 1965-ci ildə Daşkənd kəndindəki kolxozda tütünçü kimi işləməyə başlayıb.

Doqquzuncu (1971–1975), onuncu (1976–1980) və on birinci (1981–1985) beşillik planların kənd təsərrüfatı istehsalı tapşırıqlarının yerinə yetirilməsində yüksək nəticələr əldə etmişdir.

Qabaqcıl kənd təsərrüfatı texnikalarından istifadə etməklə və vaxtdan səmərəli istifadə etməklə o, yüksək tütün yarpaqları məhsuldarlığına nail olmuş və rayonda tütün yetişdiriciləri arasında 15 dəfədən çox sosialist yarışının qalibi olmuşdur. Artıq işin ilk ilində planlaşdırılan 650 kiloqram əvəzinə 1000 kq-dan çox yüksək keyfiyyətli tütün yarpağı toplamışdır.

O, doqquzuncu beşillik planını 1974-cü ilin aprel ayına qədər yerinə yetirdi və onuncu beşillik planda planlaşdırılan 815 kq əvəzinə 2500 kq-dan çox tütün əldə etdi. 1982-ci ilin aprel ayında, on birinci beşillik planın ikinci ilində, növbəti beşillik plan üçün işləri artıq başlamışdır.

O, Sovet İttifaqının ictimai-siyasi həyatında fəal iştirak etmişdir. Sovet İttifaqı Kommunist Partiyasının (Sov. İKP) üzvü olmuş, Sov. İKP-nin 26-cı (1981) və Ermənistan Kommunist Partiyasının 27-ci qurultaylarına nümayəndə namizədliyi irəli sürülmüş və Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü seçilmişdir.

1974-cü ildə Ermənistan SSR-in 405 saylı Vardenis seçki dairəsindən IX çağırış SSRİ Ali Sovetinin Millətlər Şurasının deputatı seçilib.

"Qırmızı əmək bayrağı" ordeni və "Lenin" ordeni ilə təltif edilmişdir.

1988-ci ildə Ermənistandan köçürüldükdən sonra Bərdə rayonunda məkunlaşmışdır.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Tütünçülər Kateqoriya:Sov.İKP-nin XXVI qurultayının nümayəndələri Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin IX çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin Ermənistan SSR-dən olan deputatları Kateqoriya:Ermənistandan deportasiya olunmuş azərbaycanlılar