Emmi Stradal (; ) — Avstriyalı siyasətçi və feminist. Alman Xalq Partiyasının üzvü kimi parlamentə seçilib. Avstriyada qızların təhsilinin ilk tərəfdarlarından biri kimi tanınır.
Həyatı O, 28 oktyabr 1877-ci ildə Volkersdorfda Emili Mariya Sofi Eker olaraq anadan olub. Atası Mixael Eker Stokerau şəhərində notarius olub. Anası Adel Eker vasitəsilə isə moraviyalı jurnalist Emil Pindter ilə qohumluq əlaqələri var idi. O, Stokerau ibtidai və dövlət məktəblərində təhsil alıb. 11 avqust 1896-cı ildə, cəmi on doqquz yaşında ikən, özündən on altı yaş böyük olan və alman-bohemiya əsilli bir ailədən gələn Adalbert Ştradal ilə ailə həyatı qurub. Onların dörd övladı var idi: Hedviq, Hermann, Albert və Otto.
Ştradal orta təbəqə qadın hərəkatının iştirakçısı idi. O, Birinci Avstriya Respublikasının erkən dövrlərində Xalq Partiyasına qoşulub və 1920–1923-cü illər arasında Parlamentdə partiyanı təmsil edib. O, qız tələbələrin oğlan liseylərinə və ali təhsilə çıxışı ilə bağlı Tereza Şlezingerin apardığı fəaliyyətlərə öz töhfəsini verib. Ştradal həmçinin qadınlar üçün orta məktəblərin yaradılmasını və özəl qız məktəblərinin dövlət məktəblərinə çevrilməsini müdafiə edirdi. Onun ilk təklifi 30 iyul 1921-ci il tarixli nazirlik fərmanı ilə qanuniləşdirilib. O, 1925-ci ildə vəfat edib.
İstinadlar