Müxbir üzv () — elmi dərəcəsi və mühüm elmi nailiyyətləri olan alimlərə ömürlük verilən yüksək fəxri elmi addır.
Azərbaycan Milli Elmlər Akademiyası Nizamnaməsinə sasən, elmin inkişafında görkəmli xidmətləri olan, onu dəyərli tədqiqatları ilə zənginləşdirən Azərbaycan Respublikası vətəndaşları sırasından seçilirlər.
Onlar dövlət tərəfindən müəyyən olunmuş aylıq elmi rütbə maaşı (fəxri ad üçün əlavə ödəniş) alırlar.
Müxbir üzvlər Azərbaycan Respublikasının vətəndaşlığından çıxdıqda, Rəyasət Heyətinin qərarı ilə Akademiyanın xarici üzvü hesab edilirlər.
Seçilmə qaydası Akademiyanın həqiqi və müxbir üzvlərinin sayını Akademiyanın Ümumi Yığıncağının qərarına əsasən Azərbaycan Respublikasının Prezidenti müəyyən edir. Müxbir üzvlər birbaşa təyin olunmurlar, onlar seçki yolu ilə müəyyənləşirlər. Seçkilər gizli səsvermə yolu ilə, üçdə iki səs çoxluğu ilə yolu ilə keçirilir. Mövcud akademiklər və müxbir üzvlər bu səsvermədə iştirak edirlər.
Hüquq və vəzifələri Şəxsi tədqiqatları və elmi tədqiqatlara rəhbərlik yolu ilə elmi yeni nailiyyətlərlə zənginləşdirmək. Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri AMEA-ya həvalə olunmuş vəzifələrin yerinə yetirilməsində fəal çalışmalı, onun Nizamnaməsinə ciddi əməl etməlidirlər. Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri elmi nailiyyətlərin tətbiqinə və onlardan elmi-mədəni quruculuqda istifadə olunmasına fəal kömək göstərməli, elmi kadrların hazırlanması sahəsində iş aparmalı. AMEA Rəyasət Heyətinin və müvafiq bölmənin elmi-təşkilati tapşırıqlarını yerinə yetirməli, Azərbaycan Milli Elmlər Akademiyasının və müvafiq bölmənin ümumi yığıncaqlarında iştirak etməlidirlər.
Həmçinin bax AMEA-nın müxbir üzvlərinin siyahısı
Mənbə
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Elmi dərəcələr Kateqoriya:Rütbələr Kateqoriya:AMEA-nın müxbir üzvləri Kateqoriya:Akademik terminologiya