Olqa Pavlovna Ayvazovskaya (; ) — ukraynalı ictimai fəal.
"OPORA" qeyri-hökumət təşkilatının üzvü və idarə heyətinin sədri kimi o, əsasən seçkilərin azad və ədalətli keçirilməsini üçün monitorinq xidmətini təmin edib və hazırda da bu fəaliyyətini davam etdirir. O, həmçinin 2016-2018-ci illərdə Donbassdakı hərbi münaqişənin nizamlanması üzrə Üçtərəfli Təmas Qrupunda Ukrayna tərəfindən danışıqlarda iştirak edib. Həyatı Təhsili Olqa Ayvazovskaya Çerkası şəhərindəki Boqdan Xmelnitski adına Milli Universitetdə Ukrayna filologiyası, antropologiyası və jurnalistika üzrə təhsil alıb. 2016-cı ildə o, Kaliforniyadakı Stenford Universitetinin Demokratiya, İnkişaf və Hüququn Aliliyi Mərkəzində "Draper Hills Summer Fellowship" proqramı çərçivəsində "Demokratiya və İnsan Hüquqları" proqramını bitirib. 2020-ci ildən isə Taras Şevçenko adına Kiyev Milli Universitetində hüquq üzrə təhsilini davam etdirib.
Liderlik təlimi Ayvazovskaya müxtəlif liderlik təlimi proqramlarında, o cümlədən Kiyevdəki Aspen İnstitutunun layihəsində və Qanunvericilik Təşəbbüsləri Laboratoriyası ilə Avropa Şurasının birgə layihəsi olan Ukrayna Siyasi Araşdırmalar Məktəbinin (USPS) iştirakçısı olub. Bu layihə 2005-ci ildə, Ukraynanın Avropa Şurasına üzv qəbul edilməsinin 10 illiyi münasibətilə fəaliyyətə başlamışdır. USPS-in məqsədi Ukraynada ədalət, etimad prinsiplərinə sadiq dövlət siyasəti mədəniyyəti yaratmaq istiqamətində maarifləndirməni gerçəkləşdirmək idi. Seçki monitorinqi və siyasi fəaliyyəti 2001-ci ildən Ayvazovskaya Ukraynada seçkilərin şəffaflığını təmin etmək məqsədilə monitorinqlərdə yaxından iştirak edir. O, 2000-2004-cü illərdə Çerkasıda "Gənc Maarifçilik" regional ictimai gənclər təşkilatının rəhbəri olub. 2006-cı ildə "OPORA" ümumukrayna qeyri-hökumət təşkilatının üzvü seçilib. 2007-ci ildə "OPORA-nın nöqtəsi" ümumukrayna gündəlik qəzetinin baş redaktoru, 2009-cu ildə isə "OPORA"nın idarə heyətinin sədri vəzifəsinə seçilib. Ayvazovskaya Ukraynada təxminən 25000 fəalla seçki monitorinqinə rəhbərlik etmiş, həmçinin 10-dan çox Avropa ölkəsində seçki müşahidəçisi kimi iştirak etmişdir. "Focus" jurnalının məlumatına görə, ölkənin siyasi və sosial həyatındakı mövqeyinə görə Ayvazovskaya 2014-2020-ci illərdə qədər Ukraynanın ən güclü 100 qadını siyahısında yer alıb.
2018-ci ildən Ayvazovskaya Beynəlxalq İntibah Fondunun (International Renaissance Foundation) idarə heyətinin üzvüdür. İdarə heyətinin sədri kimi o, OPORA şəbəkəsinin Afrika, Asiya, Avropa, Latın Amerikası və Karib hövzəsi, Yaxın Şərq və Afrikanı əhatə edən 89 ölkə və 9 regional üzv üzrə siyasi proqramlarını əlaqələndirir. Təşkilatlar, seçki proseslərinin şəffaflığını təmin etmək, hökumətlərin və siyasi partiyaların məsuliyyətini artırmaq, onlara nəzarəti gücləndirmək, siyasi motivli zorakılıq potensialını azaltmaq və insanların dövlət idarəçiliyində iştirak hüququnu möhkəmləndirmək üçün qeyri-partiyalı, icma əsaslı seçki müşahidə fəaliyyətləri vasitəsilə qlobal şəbəkəni formalaşdırırlar.
2020-ci ildən Ayvazovskaya Yerli Seçki Müşahidəçilərinin Qlobal Şəbəkəsinin (GNDEM) idarə heyətinin sədridir.
2022-ci ilin dekabrında Ayvazovskaya Beynəlxalq Seçki Müşahidəsi Prinsipləri Bəyannaməsinin icrasına həsr olunmuş 15-ci illik toplantısını "Ukrayna ilə Rusiya arasındakı fərqlər və Ukraynanın niyə dəstəklənməl" olduğu barədə çıxışı ilə açmışdır.
2023-cü ilin fevralında Ayvazovskaya "OPORA" ilə birlikdə Münhen təhlükəsizlik konfransına Rusiyanın digər ölkələrə yenidən hücum etməsinin qarşısını almaq üçün görülməli olan tədbirlər strategiyasına dair sənəd təqdim etmişdir. Üçtərəfli Əlaqə Qrupu (Minsk) 2016-2018-ci illərdə Ayvazovskaya Minskdəki Üçtərəfli Təmas Qrupunda Ukrayna tərəfindən ekspert qismində Donbassdakı hərbi münaqişənin nizamlanması üzrə danışıqlara kömək etmişdir.
Ukrayna Qələbəsi üçün Beynəlxalq Mərkəz Rusiyanın 24 fevral 2022-ci ildə Ukraynaya müdaxiləsindən sonra, Olqa Ayvazovskaya digər ukraynalı vətəndaş cəmiyyəti liderləri — Darya Kalenyuk, Olena Qaluşka, Hanna Hopka, Kazimir Pulaski Fondundan Katajina Pisarska ilə birlikdə Ukrayna Qələbəsi üçün Beynəlxalq Mərkəzini (ICUV) təsis etdilər. Olqa, həmçinin "Davamlı Sülh naminə Manifest"in əsas müəlliflərindən biridir.
Mərkəzin məqsədi Ukraynanın Rusiyanın təcavüzünə qarşı müqavimətinə beynəlxalq dəstəyi gücləndirmək, eləcə də Ukrayna vətəndaş cəmiyyəti ilə qlobal birlik arasında əlaqələri möhkəmləndirməkdir. Mərkəz, Ukraynalı fəallara və QHT-lərə dəstək verməklə yanaşı, ölkənin müharibədən sonrakı yenidənqurma planını istiqamətində işlər görür və Avropa İttifaqı ilə NATO-ya üzv olmağı müdafiə edir. Ayvazovskaya bu məqsədlə Afrika, Avropa, ABŞ və Böyük Britaniyaya vəkillik səfərləri edərək, müxtəlif beynəlxalq konfranslarda iştirak etmiş və 2022-ci il Varşava Təhlükəsizlik Forumunda məruzəçi qismində çıxış etmişdir.
Aivazovskaya Rusiya prezidenti Vladimir Putin və onun ətrafındakı şəxslərə qarşı xüsusi tribunalın yaradılmasının əsas tərəfdarlarından biridir. O, Polşadakı qaçqınlarla söhbət edərək Rusiya hərbçilərinin törətdiyi cinayətləri sənədləşdirməyi hədəfləyən proqrama rəhbərlik edir. İstinadlar
Xarici keçidlər
INTERIM REPORT on the Findings of Civic Network OPORA's Long-term Election Observation of the October 31 Local Elections for the period of October 10 – 28, 2010. Retrieved 28 February 2022.
Why Ukrainian democracy is worth the investment (in English and Ukrainian). Ukrainian Pravda. The author of the interview project "The Power of Choice" on the Left Bank Media.
Kateqoriya:Ukrayna aktivistləri