Qazaxyolçular — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Zağalı kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Kəndin yerində Qazax mahalının Birinci Şıxlı kəndindən köçmüş Yolçu adlı şəxsin binəsi sonralar onun nəsli tərəfından daimi yaşayış məntəqəsinə çevilmiş və kəndə Qazaxyolçular adı verilmişdir.
Tarixi Yerli məlumata görə, əvvəllər kəndin yerində Qazax mahalının Birinci Şıxlı kəndindən köçmüş Yolçu adlı şəxsin binəsi olmuşdur.
Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi Kənd Kürün qolu olan Qoşqarçayın sahilində, Pirsultan dağının ətəyində yerləşir.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19993411551862009↗343↗173↘170
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Mədəniyyəti Kənddə Qazaxyolçular kənd kitabxana filialı fəaliyyət göstərir.
Təhsil Kənddə Daşkəsən rayon Qazaxyolçular kənd tam orta məktəbi fəaliyyət göstərir.
Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Daşkəsən rayonunun kəndləri Kateqoriya:Zağalı kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri