Əhməd Burak Ərdoğan (; ) — Türkiyə iş adamı və gəmi sahibi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın böyük oğludur. 11 may 1998-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Sevim Tanürəyi vuraraq ölümünə səbəb olmuşdur.
İlk illəri 4 iyul 1979-cu il tarixində Rəcəb Tayyib Ərdoğan və Əminə Ərdoğanın övladı olaraq İstanbulda anadan olmuşdur. Qartal Anadolu İmam Xətib Liseyini bitirmişdir. Bakalavr təhsilini İstanbul Bilgi Universitetində tamamlamışdır. Təqaüdlə Londonda iqtisadiyyat üzrə təhsil almışdır. Qasımpaşa Hərbi Hospitalının verdiyi tibbi arayışla hərbi xidmətdən azad edilmişdir.
Biznes karyerası Atasının səhmdarı olduğu "Ülker" şirkəti ilə əlaqəli olan "Yenidoğan Gıda Pazarlama ve Ticaret A.Ş."nin rəhbər heyətində fəaliyyət göstərmişdir. Atasının səhmlərini satmasından sonra əmisi və bibisinin həyat yoldaşı ilə birlikdə 10 aprel 2006-cı il tarixində "Turkuaz Denizcilik" şirkətini satın almış və adını "Bumerz Denizcilik" olaraq dəyişdirmişdir. Bundan əlavə, 19 yanvar 2007-ci il tarixində Məcid Mərd Çətinkaya ilə birlikdə 50 faizlik payla "MB Denizcilik" şirkətini təsis etmişdir. 6 fevral 2007-ci il tarixində 2 milyon 350 min dollara "Safran 1" adlı ilk quru yük gəmisini satın almışdur. 2012-ci ildə 10 milyon 500 min dollara 23 metr enində, 170 metr uzunluğunda olan "Eternal Confidence" adlı ikinci gəmisini almış və adını "Sakarya" olaraq dəyişdirmişdir. 12 mart 2012-ci il tarixində "MB Denizcilik" şirkətinin 99 faizlik səhmlərinin sahibi olmuşdur. Daha sonra ardıcıl olaraq "G. İnebolu", "Cihan" və "Bosna" adlı gəmiləri satın almışdır. 2013-cü ildə "Pretty" adlı altıncı gəmini öz donanmasına qatmışdır.
Yol-nəqliyyat hadisəsi
Əhməd Burak Ərdoğan 11 may 1998-ci il tarixində Şişli rayonunda yerləşən Abidəyi-Hürriyyət prospektində səs sənətçisi Sevim Tanürəyi vuraraq onun ölümünə səbəb olmuşdur. Hadisədən dərhal sonra bələdiyyəyə məxsus su maşınları qəzanın baş verdiyi küçəni yuyaraq əyləc izlərini aradan qaldırmışdır.
Sevim Tanürekin həyat yoldaşı hadisəni təsvir etmişdir. Onun sözlərinə görə, nəqliyyat vasitəsi qırmızı işıqda yüksək sürətlə hərəkət etmiş, daha sonra polis tərəfindən təqib olunarkən piyada keçidinə yaxın məsafədə zərərçəkmişə çarpmış və onu müəyyən məsafə sürükləmişdir. Zərərçəkmiş hadisədən bir neçə gün sonra vəfat etmişdir. Bildirilmişdir ki, sürücü saxlanıldığı zaman özünü Rəcəb Tayyib Ərdoğanın oğlu kimi təqdim etmiş və bundan sonra hüquqi prosedurların gedişində dəyişikliklər baş vermişdir. Şahid ifadələrinə əsasən, hadisə ilə bağlı sübutların toplanması və araşdırılması prosesində müxtəlif çətinliklər yaranmış, bəzi şahidlər isə təzyiq və hədələrlə üzləşmişdir.
Qəza baş verdikdən sonra Əhməd Burak Ərdoğan həbs olunmamış və İngiltərəyə getmişdir. Sevim Tanürəyin həyat yoldaşı və oğlu onun barəsində şikayətçi olmuşdur. Yol-nəqliyyat ekspertiza hesabatında onun təqsir payı səkkizdə üç (3/8) kimi müəyyən edilmişdir. Prokuror bu hesabat əsasında 3 aydan 20 aya qədər azadlıqdan məhrumetmə cəzası tələb etmiş, lakin zərərçəkmişin xəstəxanada vəfat etməsindən sonra tələb olunan cəza müddəti 2 ildən 5 ilə qədər artırılmışdır. Sonradan məhkəmənin Ədli Tibb Trafik İxtisas Şöbəsindən aldığı rəyə əsasən Əhməd Burak Ərdoğan təqsirsiz hesab edilmişdir. Daha sonra Ahmet Ürək şikayətindən imtina etmişdir.
Şəxsi həyatı 23 fevral 2001-ci ildə Səma Ketenci ilə evlənmişdir. Şahidləri Recai Kutan və Möhsün Yazıçıoğlu olmuşdur.
İstinadlar
Kateqoriya:Dövlət başçılarının övladları Kateqoriya:Rəcəb Tayyib Ərdoğan