Qaratağlar — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qaraqullar kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Oykonim "qara" (burada "qara" komponenti etnonimə işarədir), "tağ" (Azərbaycan dilinin dialektlərində "cərgə, sıra") sözlərindən və "-lar" cəm şəkilçisindən ibarət olub, "qaralar və ya qaraqullar yaşayan məhəllə, cərgə" mənasındadır. Oykonim 1917-ci ildə Qaradağlar variantında qeydə alınmışdır.

Tarixi

Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi Kənd Dəstəfurçayın (Gəncəçayın qolu) sahilində, Qoşqar dağının (Kiçik Qafqaz) yamacında yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar199915483712009↗175↗86↗89

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Mədəniyyəti Kənddə Qaratağlar kənd kitabxana filialı, Qaratağlar kənd klubu fəaliyyət göstərir.

Təhsil Kənddə Daşkəsən rayon Qaratağlar kənd ümumi orta məktəbi fəaliyyət göstərir.

Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Daşkəsən rayonunun kəndləri Kateqoriya:Qaraqullar kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri