Türkmənistan Toxuculuq Sənayesi Nazirliyi () — Türkmənistanda toxuculuq sənayesi sahəsində dövlət idarəçiliyini və vahid dövlət siyasətini həyata keçirən, habelə toxuculuq, gön-ayaqqabı, ipəkçilik və tikiş sahələrində fəaliyyət göstərən müəssisələrin, həmçinin nazirliyin tərkibinə daxil olan digər idarə və təşkilatların fəaliyyətini əlaqələndirən icra hakimiyyəti orqanı.
2013-cü ilin məlumatlarına əsasən, nazirliyin tabeliyində 74 müəssisə fəaliyyət göstərmiş və bu müəssisələrdə 30 mindən çox insan işlə təmin olunmuşdur. Həmin ildə sahənin illik dövriyyəsi 380 milyon ABŞ dollarına bərabər olmuşdur.
Tarixi Qurum 1992-ci ildə Türkmənistan Xalq İstehlak Malları Nazirliyi adı altında təsis edilmişdir. 16 may 1995-ci il tarixində struktur yenidən təşkil edilərək Türkmənistan Toxuculuq Sənayesi Nazirliyi adlandırılmışdır.
Nazirlər
№ Adı Başlanğıc Son Səbəb 1 Beqenç Nepesov 1992 02.06.1997 başqa vəzifəyə keçid 2 Camal Qeoklenova 02.06.1997 23.08.2002 başqa vəzifəyə keçid 3 Dortqulu Audoqıyev 23.08.2002 16.05.2006 işdəki çatışmazlıqlara görə 4 İklımberdi Paromov 16.05.2006 13.07.2007 başqa vəzifəyə keçid 5 Camal Qeoklenova 13.07.2007 01.08.2008 sağlamlıq səbəblərinə görə
Gəldimurad Appov 01.08.2008 15.08.2008 müvəqqəti 6 Xocamurad Metekov 15.08.2008 16.01.2010
7 Aynabat Babayeva 16.01.2010 03.08.2012 başqa vəzifəyə keçid 8 Saparmurad Batırov 03.08.2012 11.09.2014
9 Tacməmməd Qurbanməmmədov 11.09.2014 28.02.2017
10 Nepes Qayliyev 28.02.2017 11.12.2018 işdəki çatışmazlıqlara görə 10 Rəsul Rəcəbov 01.02.2019 hazırda
İstinadlar
Xarici keçidlər Официальный сайт http://www.stanradar.com/news/full/3656-legkaja-promyshlennost-turkmenistana-i-ee-uspehi.html http://infoabad.com/obschestvo-i-yekonomika/tekstilnaja-promyshlenost-turkmenistana.html http://turkmenexport.gov.tm/part_tekstil.php http://www.fao.org/3/a-aq340r.pdf
Kateqoriya:Türkmənistanda siyasət