Türkiyə Respublikasının Nəqliyyat nazirliyi (türk. Ulaştırma ve Altyapı Bakanlığı) — Türkiyədə nəqliyyat sektorunun tənzimlənməsinə cavabdeh olan nazirlik.

2023-cü iidən Türkiyə Respublikası Nəqliyyat naziri Əbdülkadir Uraloğludur.Bakan Abdulkadir URALOĞLU

Tarixi Türkiyə Respublikasının ilk illərində Tikinti Nazirliyi, qismən də İqtisadiyyat Nazirliyi tərəfindən birgə həyata keçirilən rabitə və nəqliyyat xidmətləri 1939-cu il mayın 27-də Nəqliyyat Nazirliyi adı altında birləşdirildi. 1945-ci ildən Nəqliyyat Nazirliyi adlandırıldı. "T.C Resmi Gazete" (PDF). T.C.Cumhurbaşkanlığı, Hukuk ve Mevzuat Genel Müdürlüğü.

İkinci Dünya Müharibəsindən sonra nəqliyyat və rabitəyə artan ehtiyacdan sonra 26 iyun 1945-ci il tarixli 4770 saylı Quruluş Qanunu ilə Nəqliyyat Nazirliyinin xidmət dairəsi və səlahiyyətləri genişləndirildi. 13 dekabr 1983-cü ildə 182 saylı Qanunla sürətlə inkişaf edən nəqliyyat və rabitə sektorları üçün yeni bürokratik qaydalar tətbiq edildi.

9 noyabr 1986-cı il tarixli 3322 saylı qanunla Dəmir yolları, Limanlar və Aeroportlar Baş İdarəsi İctimai İşlər Nazirliyindən çıxarılaraq Nəqliyyat Nazirliyinə verildi.

10 avqust 1993-cü il tarixli 491 saylı Fərmanla Dəniz İşləri Müşavirliyi yaradıldı və Nəqliyyat Nazirliyinin dəniz sektoru ilə əlaqəsi kəsildi.

27 Noyabr 2002-ci il tarixli və 24949 nömrəli Rəsmi Qəzetdə dərc edilən "Təbliğ olunan və Əlaqəli Nazirliklərin Dəyişikliyi Qaydası"na əsasən, Dəniz İşləri müşavirliyi, Sahil Təhlükəsizliyi və Gəmi xilasetmə əməliyyatları üzrə Dövlət müdirliyi, Nəqliyyat Nazirliyinə tabedir.

1 noyabr 2011-ci il tarixli və 28102 (təkrar) nömrəli Rəsmi qəzetdə dərc edilmiş "Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyinin təşkili və vəzifələri haqqında qanunu"na əsasən adı Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyi olaraq dəyişdirildi.

Konstitusiyada edilən dəyişikliklərə uyğun olaraq 703 saylı Fərmanla nazirliyin adı "Nəqliyyat və İnfrastruktur Nazirliyi" adlandırıldı.Yeni uyum kararnamesi ile bazı bakanlıkların teşkilat yasaları lağvedildi

Əlaqədar qurumları"Cumhurbaşkanlığı Teşkilatı Hakkında Cumhurbaşkanlığı Kararnamesi Mərkəzi təşkilatları

İnfrastruktur İnvestisiyaları Ümumi idarəsi Avropa İttifaqı və Xarici Əlaqələr Baş idarəsi Dənizçilik Ümumi idarəsi Rabitə Baş idarəsi Hüquq Xidmətləri Ümumi idarəsi Nəqliyyat Xidmətləri idarəsi Kadrlar idarəsi Gəmiqayırma və Sahil Qurumları idarəsi Məlumatların emalı şöbəsi Təftiş xidmətləri şöbəsi Dəstək Xidmətləri Departamenti Dövriyyə fondlarının idarə edilməsi şöbəsi Daxili Audit şöbəsi Strategiyanın inkişafı şöbəsi Nəqliyyat Təhlükəsizliyi Araşdırma Mərkəzi idarəsi Baş Axtarış və Xilasetmə Koordinasiya mərkəzi Nəqliyyatın İqtisadi Monitorinqi və Təftiş sistemi idarəsi Nəqliyyat Sektoru Əməliyyat Proqramı idarəsi

Əyalət təşkilatları Regional idarələri

Baş idarələri Qəza Təhqiqat və Nəzarət idarəsi Dəmir Yolu Koordinasiya idarəsi Mülki Aviasiya Baş idarəsi Avtomobil Yolları Baş idarəsi

Əlaqədar təşkilatları Dövlət Hava Limanları idarəsi Sahil Təhlükəsizliyi idarəsi Türkiyə Dövlət Dəmir Yolları idarəsi İnformasiya Texnologiyaları və Rabitə idarəsi Poçt və Teleqraf Təşkilatı (PTT) idarəsi Kabel TV və Peyk əlaqəsi (Türksat) idarəsi

İstinadlar

Xarici keçidlər T.C. Ulaştırma ve Altyapı Bakanlığı

Kateqoriya:Nazirliklər Kateqoriya:Türkiyə nazirlikləri