Bayzə () — Albaniyanın şimalındakı Şkoder vilayətində, keçmiş Kastrat bələdiyyəsində yerləşən kiçik şəhər.
2015-ci ildə həyata keçirilən yerli idarəetmə islahatından sonra Malesi e Madhe bələdiyyəsinin tərkibinə daxil edilmişdir.
Əhalisi 2.346 nəfərdir.
Nəqliyyat
Avtomobil yolları Bayzə iqtisadi inkişafı üçün əhəmiyyətli olan Avropa E762 marşrutu üzərində yerləşir. Bu yol cənubda yaxınlıqdakı Koplik şəhərinə və Albaniyanın qalan hissəsinə, şimalda isə Podqoritsaya (Monteneqro) gediş-gəlişi təmin edir.
Dəmir yolu Bayzə Albaniyanın yeganə beynəlxalq dəmiryol xəttinin — Şkoderdən Han i Hotit sərhəd keçidi vasitəsilə Monteneqronun Podqoritsa şəhərinə gedən xəttin üzərində yerləşir. 2015-ci ilin məlumatına görə, bu xətt üzrə yalnız yük daşımaları həyata keçirilir. Bayzə dəmiryol stansiyası şəhər mərkəzinin yaxınlığında yerləşir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Albaniya şəhərləri Kateqoriya:Şkoder vilayətinin yaşayış məntəqələri