Brüssel Paytaxt Bölgəsi (, , ) — Belçikanın paytaxtı və onun üç federal bölgəsindən biri. Bir neçə əsr əvvəl bataqlığın quruması nəticəsində yaranan bir şəhərdir. Adı mənası "bataqlıqda məskunlaşma" deməkdir. Brüssel şəhərətrafı ərazisindəki 19 bələdiyyənin ümumi əhalisi 1,191,000 nəfərdən çoxdur. Şəhərətrafı ərazisinin bir hissəsinə çevrilmiş ətraf bələdiyyələrin əhalisi və iş üçün Brüsselə gedən insanların sayı (Brüsselin işçi əhalisi) nəzərə alındıqda, ümumi əhalinin bir neçə milyona çatacağı təxmin edilir.

Həmçinin bax