thumb|Zolnhofen əhəndaşı layı. thumb|Zolnhofendə tapılmış dəniz ulduzu fosili. Zolnhofen əhəngdaşı – Almaniyanın Bavariya vilayətinin Zolnhofen bələdiyyəsində yerləşən əhəngdaşı layı. Fosilləşmiş bir çox növün qalıqları tapıldığı üçün paleontoloji baxımdan əhəmiyyətlidir.

Paleontologiya Zolnhofen əhəngdaşı layı Almaniyanın Altmühital Təbiət Parkında yerləşir və Üst Yura dövrünə aid edilir. Zolnhofen və Ayxştet bələdiyyələrinin ərazisi Üst Yura dövrünün Titon yarusunda əmələ gəlmiş əhəngdaşı laylı Altmühltal quruluşunun yerləşdiyi yeganə yerdir. Bu qayalar həmin dövrdə baş vermiş fırtınalar zamanı Zolnhofen arxipelaqının laqunlarına süxurların daşınması nəticəsində yaranmışdır. Laqunların dibi həddən çox duzlu və zəhərli olduğu üçün çöküntü təbəqələri pozulmadan qalmışdır. Bu səbəbdən bu laqunlarda toplanmış quru və dəniz canlılarının fosilləri yaxşı qorunmuşdur. Zolnhofen fosillərinə aid ilk yazılı qeyd XVI əsrə aiddir.

Zolnhofen quşaoxşar dinozavr cinsi hesab olunan Arxeopteriks qalıqlarının kəşfinə görə tanınır. Bu cins ilk dəfə 1861-ci ildə Zolnhofen əhəngdaşı laylarında kəşf olunmuşdur və indiyə qədər kəşf olunmuş bütün Arxeopteriks qalıqları (12 qalıq) burada tapılmışdır. Bundan əlavə, burada pterozavr və quruda yaşayan digər yırtıcı dinozavr fosilləri tapılmışdır. Meduza, kalmar və böcək kimi yumşaq bədənli orqanizmlərin fosilləri burada yaxşı qorunmuşdur. Zolnhofen əhəngdaşından 750-dən çox qədim növ təyin təyin olunmuşdur.

Zolnhofendə fosil axtarışları hələ də davam etdirilir. Ərazidə bir çox əhəngdaşı layı yerləşir və onlardan bəziləri fosil axtarışı üçün ziyarətçilərə rəsmi olaraq açıqdır. Burada bir sıra tematik hikinq cığırları salınmış və palentoloji muzeylər yaradılmışdır.

Mühafizə Beynəlxalq Geoloji Elmlər İttifaqı 2022-ci ilin oktyabrında Zolnhofeni "100 geoloji irs yeri" siyahısına salmışdır.

Mədəniyyət Əsrlər boyunca buradan hasil edilən əhəngdaşından dam örtükləri, dekorasiya daşları və litoqrafiya nəşri üçün material hazırlanmışdır. Burada əhəngdaşının hasilatının Daş dövrünə qədər uzanır. Romalılar buradan əhəngdaşı çıxararaq kirəmit kimi istifadə etmişdirlər. "Yurahauz" adlandırılan ənənəvi evlərin tikintisində Zolnhofendən çıxarılan əhəngdaşından istifadə olunmuşdur. Regiondakı bir çox tarixi qəbirdaşı buradakı əhəngdaşından hazırlanmışdır. Əhəngdaşı hasilatı regionun iqtisadiyyatında vacib yer tutur. Bir çox türk miqrant Almaniyaya gələrək buradakı karxanalarda işləmişdir.

İstinadlar

Kateqoriya:Almaniya paleontologiyası